Dünya 05.01.2021 14:21

Amerikada tibb işçiləri peyvənddən imtina edir

ABŞ administrasiyasının siyasətinə müvafiq olaraq, COVID-19 əleyhinə vaksin, ilk növbədə, tibb işçilərinə vurulur. Lakin bütün ölkə üzrə onların əksəriyyəti peyvəndlənməkdən imtina edir.

Rakus.az xəbər verir ki, bu həftənin əvvəlində Ohayo ştatının qubernatoru Mayk DeVayn onun ştatında yerləşən ahıllar evlərinin işçilərinin təxminən 60 faizinin peyvəndlənməmək barədə qərara gəldiklərini bildirib. Nyu-Yorkun təcili tibbi yardım xidmətlərində çalışan əməkdaşların yarısından çoxu da skeptisizm nümayiş etdiriblər. Hesabatlara görə, hazırda Kaliforniyada və Texasda tibb işçilərinin vaksindən imtina etmələrinin yüksək dərəcəsi müşahidə olunur.

Kaliforniya ştatında əhalinin sıx yaşadığı dairələrdən biri olan Riversaydda tibb işçilərinin təqribən 50 faizi preparatdan imtina ediblər. Peyvəndləməyə qarşı çıxış edən respondentlər vurğulayıblar ki, vaksinin işlənib hazırlanmasına siyasətin necə təsir etməsi məsələsi onları ciddi narahat edən məsələlərdəndir. Peyvəndləmədən hamiləliklə əlaqədar imtina etmək qərarı verən Kaliforniya xəstəxanasında çalışan tibb bacısı bildirib ki, onun həmkarları da vaksinləmədən imtina ediblər. Çünki onların fikrincə, pandemiyanı vaksinsiz də ötüşdürmək mümkündür. Bir neçə gün bundan əvvəl peyvənd alan amerikalı tibb bacısı birbaşa efirdə bayılıb, bu da işlənib hazırlanmasından bir ildən az vaxt keçmiş vaksinə qarşı amerikalılar arasında inamsızlıq yaradıb.

Harvarddan olan epidemioloq Mark Lipsiç bildirib ki, təkcə tibb işçiləri arasında deyil, həm də əhali arasında vaksindən imtinanın belə yüksək faizi ümumilikdə problemə çevrilə bilər. O deyib: “Bizim bir cəmiyyət olaraq daha yüksək səviyyədə fəaliyyət göstərə bilməyimiz mümkün qədər çox sayda insanın qorunmasından asılıdır”.

Eyni zamanda, koronavirusa yoluxan amerikalıların sayı xüsusən də yeni il şənliklərindən sonra artmaqda davam edir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO