Müsahibə 24.07.2023 20:03

“Ailəmin məruz qaldığı deportasiyanı mənən yaşayıram” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki,  jurnalist Rufik İsmayılovun müsahibi Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, Almaniyada ən gənc klinika direktoru Nuran Abdullayev olub.

O, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı barədə fikirlərini bölüşüb. Qeyd edib ki, 1988-ci il deportasiyasından sonra Bakıda anadan olsa da ruhən valideynlərinin, böyüklərinin ana vətəni Basarkeçər rayonuna, Nərimanlı kəndinə bağlı olub.

Həkimin sözlərinə görə, babasının, atasının, əmilərinin el-obaya bağlılığı, vətənpərvərliyi onun da bu ruhda tərbiyə almasına ciddi təsir edib: “Qərbi Azərbaycandan olan üç nəsil var. Birinci nəsil o yerlərdə doğulub, böyüyüb, dünyasını dəyişib. İkinci nəsil orada doğulub, böyüyüb, deportasiya olunublar. Üçüncü nəsil isə Qərbi Azərbaycandan deportasiya olunan valideynlərinin, yaxınlarının söz-söhbətləri əsasında tarixi torpaqlarımız, yurd yerlərimiz barədə təsəvvürləri yaranan, o yerlərə ruhən bağlı olan insanlardır. Mən də bu üçüncü nəsil Qərbi Azərbaycan türküyəm. Biz gənclər o yerləri görməsək də oraya xüsusi sevgi ilə yanaşıb, el-obaya bağlı ruhda böyüyüb, vətənpərvərlik hissləri ilə tərbiyə olunmuşuq. Göyçə adı səslənəndə uşaqlıqda eşitdiyim nağılların ən gözəli və füsunkar təbiəti olan bir məkan təsəvvürümdə canlanır”.

N.Abdullayev 1988-ci il deportasiyasının ailəsinin taleyində buraxdığı izlərdən də söhbət açıb: “Atam Əfqanıstan müharibəsi iştirakçısıdır. 1988-ci ilin sonuna doğru Qərbi Azərbaycanda vəziyyət mürəkkəbləşəndə atam xidmətini sona çatdırıb Nərimanlı kəndinə qayıdıb. Əynindəki hərbi mundirini dəyişmədən son anlara qədər kənddəki ata evində yaşayıb. Heç bir halda kəndi tərk etmək istəməyib. Zərurət yaransa döyüşmək qərarına gəlib. Lakin el-oba hamı deportasiyaya məruz qalıb köçəndən sonra o da məcburiyyət qarşısında qalıb Nərimanlını tərk edib. Atam Azərbaycanda məskunlaşandan sonra da taleyini orduda, hüquq-mühafizə orqanlarında xidmətə həsr edib. Peşəkar zabit kimi çoxsaylı təltifləri olub. Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan əmim Şövqiyar Abdullayev də Vətəninə, Göyçəyə bağlı, vətənpərvər bir gənc olub. Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Böyüklərimin məruz qaldığı deportasiyanı mənəvi olaraq mən də yaşamışam, bu gün də yaşayıram. Bu kimi bəzi acı xatirələr insanı sarsıtsa da qəlbimizdəki Vətən sevgisini əsla azaltmır, əksinə, bizləri daha da mübariz olmağa səsləyir. Bu ruhda böyüyür, yaşayır, fəaliyyətimizi davam etdiririk”.

Almaniyada ən gənc klinika direktoru N.Abdullayev Qərbi Azərbaycanda vaxtilə erməni həkimlərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin, insanlıq əleyhinə cinayətlərin konkret faktlarla dünyaya çatdırılacağını dilə gətirib. Bildirib ki, Avropadakı Qərbi Azərbaycan doğumlu, kökənli həmvətənlərimiz öz fəaliyyətləri ilə daim Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yanındadırlar: “Ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev öz çıxışında xaricdəki diaspor təşkilatlarının, o cümlədən Avropada yaşayan Qərbi Azərbaycan türklərinin də qarşısında konkret məqsəd və vəzifələr qoyub. Məhz bu vəzifələrdən irəli gələrək, Avropanın mərkəz dövlətlərindən biri olan Almaniyada Qərbi Azərbaycan İcması ilə birlikdə ilk tədbirimizi keçirdik, Berlin bəyannaməsini qəbul etdik, gələcək fəaliyyətimizi tənzimləmək üçün İşçi Qrup yaratdıq. Necə ki, vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri, Qarabağ problemi dünya ictimaiyyətinə çatdırılırdı, indi də o qaydada Qərbi Azərbaycan reallıqları, tarixi torpaqlarımız uğrunda mübarizə beynəlxalq müstəviyə çıxarılır. Avropadakı diaspor təşkilatları və Qərbi Azərbaycan İcması bu amal uğrunda bir araya gəlib. Almaniyadakı erməni icması bizim fəaliyyətimizdən ciddi narahatlıq keçirib müxtəlif təxribatlara, qabaqlayıcı tədbirlərə əl atsalar da gücümüz, birliyimiz, haqq işimiz qarşısında aciz qalır, ciddi nəyə isə nail ola bilmirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 24-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO