Müsahibə 13.11.2023 20:36

“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi siyasi elmlər doktoru, professor, sabiq deputat Vaqif Abdullayev olub. O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Aşağı Şorca kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib ki, əsrarəngiz təbiətə malik olan Aşağı Şorca kəndi ərazisindən Yellidərə və Keyti çayları axır. Bu yaşayış məntəqəsi suyunun mineral tərkibinə görə, dünyanın ən yaxşı içməli suları sırasına daxil olan bulaqları ilə də məşhurdur. Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir.
Aşağı Şorcanın tarixi haqqında danışan professor V.Abdullayev deyib ki, bu yaşayış məntəqəsi Azərbaycan türklərinin qədim yurd yeri olub. Onun sözlərinə görə, kəndin ərazisində tapılan qədim qəbiristanlıqlar, Türk-Alban mədəniyyətinə aid kilsə, kəndin yaxınlığında mövcud olmuş gözətçi qülləsi – Yelli dərə Yonma daşları bu yaşayış məntəqəsinin tarixinin iki min ildən artıq olmasına dəlalət edir. V.Abdullayev söyləyib ki, biçənək, əkin və örüş sahələrindən ibarət olmaqla, ümumilikdə kəndə məxsus üç min hektardan çox torpaqda payızlıq buğda, arpa, vələmir, gülür (salatlıq noxud), çuğundur və digər bitkilər əkilib. O, kənd sakinlərinin əsas məşğuliyyətinin əkinçilik, tütünçülük, heyvandarlıq olduğunu qeyd edib.
“Doğulduğumuz yurda, yaşadığımız el-obaya həsrət qalmışıq”, – deyən professor Aşağı Şorcada mövcud olmuş məhəllələrdən, hər məhləyə rəhbərlik edən ağsaqqallardan, onların köməkliyi ilə sakinlərin üzləşdiyi çətinliklərin aradan qaldırılmasından da söhbət açıb. Basarkeçər rayonuna nüfuzlu azərbaycanlıların rəhbərlik etdiyini xatırladan V.Abdullayev ümummilli lider Heydər Əliyevin həmin şəxslərə, ümumilikdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza daim dəstək olduğunu dilə gətirib. Bildirib ki, erməni siyasi rəhbərliyi Heydər Əliyev şəxsiyyətindən, nüfuzundan çəkinir, ehtiyat edir, onun siyasəti, atdığı addımlarla hesablaşırdılar. 1988-ci il hadisələrindən söhbət açan V.Abdullayev Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın həm qaçqına, həm də məcburi köçkünə çevrildiklərini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından, tarixi torpaqlarımıza qayıtmaq üçün atılan addımlardan bəhs edən professor əminliklə vurğulayıb ki, Qarabağ məsələsində olduğu kimi, Göyçə, Zəngəzur, İrəvan məsələsində də tarixi ədalət gec-tez bərpa olunacaqdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 13-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Mədəni, Sosial / 19.11.2025 23:04
Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO
Sosial / 19.11.2025 18:25
Hümbət Hüseynov AQBMA-nın sədri seçilib