Dünya 10.01.2024 15:47

Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyən Fransa niyə dəyişir – TƏHLİL

Müxtəlif problemlərə baxmayaraq, Azərbaycan-Fransa münasibətləri tarixən qənaətbəxş olub. Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal olunduqdan sonra onun aparıcı fiqurlarının bir çoxu Fransaya sığınaraq ictimai-siyasi fəaliyyətini davam etdirdi. Cümhuriyyət dövründə Azərbaycan hökuməti fransız dilinin beynəlxalq rolunu nəzərə alaraq 500 manatlıq əsginasların üzərində Azərbaycan və rus dilləri ilə yanaşı, bu dildə də yazılar yerləşdirib.

Bu ölkə Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 3-də tanıyıb, dövlətlərarası diplomatik əlaqələr isə həmin il fevralın 21-də qurulub.

Müstəqilliyin bərpasının ilk illərindən başlayaraq Fransa ilə Azərbaycan arasında münasibətlər inkişaf edib. Rəsmi Paris Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb, işğal nəticəsində evlərindən məcburi qaçqın düşmüş azərbaycanlılara köməklik göstərib.

Mərhum Prezident Heydər Əliyev dövlət başçısı kimi ilk səfərlərindən birini bu ölkəyə edib. Fransanın mərhum prezidentləri Fransua Mitteran və Jak Şirak iki ölkə arasında əlaqələrin, münasibətlərin və əməkdaşlığın genişlənməsinə daim diqqət yetirmişlər.

2001-ci ildə birbaşa Jak Şirakın təşəbbüsü ilə Parisdə Azərbaycanın ovaxtkı dövlət başçısı Heydər Əliyev və Ermənistanın prezidenti Robert Koçaryanın iki dəfə təkbətək danışıqları olub.

İlham Əliyev də Prezident seçildikdən sonra 2004-cü ilin yanvarında ilk xarici səfərini Fransaya edib. Bundan sonrakı illərdə o, Fransaya, Jak Şirak isə Azərbaycana səfər edib. Bu səfər zamanı Prezident İlham Əliyev Jak Şirak tərəfindən Fransa dövlətinin ali mükafatı olan “Fəxri Legion” ordeninin yüksək dərəcəsi ilə təltif olunub. İlham Əliyev də Jak Şiraka “Heydər Əliyev ordeni”ni təqdim edib.

Fransa Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyənlərdən olub.

Ümummilli Lider Heydər Əliyev 2000-ci il iyulun 14-də Fransanın milli bayramı münasibətilə nitqində Fransa Prezidenti Jak Şirakla əməkdaşlıq münasibətlərindən razılığını bildirmişdi.

Azərbaycan Fransa ilə energetika sahəsində də əlaqələri daim inkişaf etdirib. Bu ölkənin “Total” və “Elf-Aquitaine” şirkətləri Azərbaycanın “Lənkəran-dəniz” və “Talış-dəniz” yataqlarının birgə işlənməsinə dair SOCAR-la müqavilə imzalayıb.

2023-cü ilin yayında Fransanın “TotalEnergies” şirkəti SOCAR ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib. SOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə “TotalEnergies” və SOCAR-ın hər biri 50 faiz paya malikdir.

Azərbaycanın Fransa ilə qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ilin yekununda 273 milyon 834,22 min dollar olub. Bunun 50,9 milyon dolları Fransa idxalının, 222,8 milyon dolları Azərbaycan idxalının payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə qarşılıqlı dövriyyə 245 milyon 463 min dollar təşkil edib. 2023-cü ilin ilk 9 ayında Fransa ilə ticarət dövriyyəsi 482 milyon 254,64 min dollar təşkil edib. Bunun 127,925 milyon dolları Fransanın, 354 milyon 329.31 min dolları Azərbaycanın idxalatının payına düşür.

Tərəflər arasında iqtisadi, siyasi əlaqələrə dair nümunələr çoxdur. Azərbaycan bu ölkə ilə mədəni sahədə də əməkdaşlıq edir. Məşhur Luvr muzeyinin bərpasına göstərilən maliyyə yardımını buna örnək göstərmək olar. Yaxud Strasburqda kilsənin təmirinə Azərbaycanın yardımı da bu istiqamətdə olan əməkdaşlıqdandır.

İki ölkə arasında olan bu münasibətlərə isə Yelisey sarayının indiki yiyəsi, Prezident Emmanuel Makronun yürütdüyü siyasət sayəsində kölgə salınır. Bunu təsdiqləmək üçün 44 günlük müharibə və ondan sonrakı dövrdə rəsmi Parisin davranışını, Ermənistana hərbi, siyasi, maddi və təbliğat yardımlarını xatırlamaq yetərlidir. Son zamanlar Azərbaycan dövlətinə, onun təhlükəsizliyinə qarşı fəaliyyətini təsdiqləyən faktları Makron hakimiyyətinin Fransa ilə münasibətlərə vurduğu çoxsaylı zərbələrin davamı kimi də qiymətləndirmək olar.

Ötən ilin sonunda Fransa vətəndaşlarının Azərbaycana qarşı casusluq fəaliyyəti, habelə Martin Rayanın həbsi rəsmi Parisin yürütdüyü yanlış, laqeyd xarici siyasətin nəticəsidir. Ölkə daxilində islahatlar aparan, yaxud buna cəhdlər edən Makron hakimiyyəti xarici siyasət kursunda bu addımı atmayıb, yaxud fəaliyyəti ölkəsinin ziyanına olub. Bu addımlar Fransaya müxtəlif regionlarda mənfi imicin yaranması ilə nəticələnə bilər. Ölkəyə qarşı belə münasibət artıq inkişaf edir.

Nəhayət, beynəlxalq hüquqda “beynəlxalq məsuliyyət” anlayışı var. Bu sistemə əsasən, dövlətlərin məsuliyyəti beynəlxalq hüququn əsas prinsipidir. O, beynəlxalq sistemin təbiətindən və dövlətlərin müstəqilliyi, bərabərliyi barədə doktrinalardan irəli gəlir. Emmanuel Makron və hökuməti beynəlxalq hüququn bu kimi prinsiplərini pozur, beynəlxalq məsuliyyətdən irəli gələn vəzifələrə əməl etmir. Belə məsuliyyətsizlik isə ənənəvi əlaqələrə malik iki dövlətin münasibətlərinə problem yaradır.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO