Dünya 11.05.2019 23:05

Avstriyada 7 nəfərdən 1-i alkoqol içir

Avstriyada hər yeddi nəfərdən biri həddən ziyadə alkoqol qəbul edir. Bu barədə məlumat 2018-ci il üzrə “Narkotiklər hesabatı”nda yer alıb.

Rakus.az xəbər verir ki, əslində, narkotik vasitələrin istehlakı barədə statistik məlumatları əks etdirməli olan hesabatda müəlliflər daha mühüm bir faktı aşkarlayıblar. Avstriya Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında müəyyən edilib ki, ölkədə yaşı 15-dən yuxarı olan kişilər il ərzində orta hesabla 18,8 litr, qadınlar isə 6,2 litr təmiz alkoqol qəbul edirlər. Qeyd edilməlidir ki, bu göstəricilər 2017-ci ildə müvafiq olaraq 18,48 litr və 5,75 litr olub.

Müəlliflər hesabatı şərh edərkən bildiriblər ki, hazırda Avstriyada hər yeddi şəxsdən biri, yəni 1,24 milyon insan alkoqollu içkiləri sağlamlığa ciddi zərər vuracaq miqdarda qəbul edir. Hesabatda həmçinin 36500 nəfərin narkotik vasitələrdən riskli səviyyədə istifadə etməsi də əksini tapıb.

Hesabatda nikotin istifadəsi ilə bağlı ölkədə vəziyyətin nisbətən yaxşılaşması qeyd olunub. Lakin bununla belə Avstriyada qadınların 22 faizinin siqaret çəkdiyi, bununla da ölkənin Avropada birinci yerdə dayandığı bildirilir (Aİ-də orta göstərici 16 faiz). Kişilərin də 27 faizi nikotin istifadəçisidir və bu göstərici orta Aİ rəqəmlərindən (23 faiz) yüksəkdir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO