Müsahibə 10.05.2024 22:32

“Erməni nə bilir Ağdaşın qoynu, Gözəllər dərəsi və Cüt bulaqlar nədir” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər Göyçədə ermənicə yox, Azərbaycan dilində danışırdılar” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kənd sakini Almaz (Ülvi) Binnətovanın  həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb illərinin orada çox gözəl keçdiyini deyib: “Axşama qədər dağda daşda gül-çiçək toplayırdıq. Bozdağdan qar gətirirdik. Çox romantik bir həyat yaşayırdıq. İndi 64 yaşın içindəyəm, amma onun 16 ilini Kəsəməndə  yaşamışam. Hər şeyimə görə həmin 16 ilimə borcluyam”.

Onun sözlərinə görə, Basarkeçərin Noragert, yəni Yenikənd kəndində  1930-cu ildə Türkiyədən gətirilmiş ermənilər yaşayırdı: “Onlarla bizim məktəbin uşaqları arasında dostluq görüşləri olurdu. Onlar bizim məktəbə gələndə dağdan bənövşə, lalələr yığıb verirdik. Amma biz ora gedəndə avtobusdan düşməyə qoymurdular, bizi öldürmək istəyirdilər”.

A.Ülvi bildirib ki, Basarkeçərdə əhalinin yüzdə doxsanı azərbaycanlı idi. Ermənilər hamısı azərbaycan dilində danışırdı. Mən heç zaman orada ermənilərin ermənicə danışdığını görmədim. Aprelin 24-də ermənilər deyirdilər ki, heç kim Basarkeçərə gəlməsin. Göyçə gölünün o tərəfindəki Qaranlıq (Martuni) rayonundan gələn ermənilər sizi öldürəcəklər. Belə təxribat xarakterli sözlər, söhbətlər eşidirdik. 1988-ci ilin fevral ayında Xankəndində mitinqlər başlamışdı və bunun təsiri də ora getmişdi. İyun ayında bizim kəndlərin camaatı əllərində “Göyçə mahalına muxtariyyat!”, “Biz azadlıq istəyirik!”, “Biz müstəqillik istəyirik!” şüarları tutaraq etiraz edirdilər”.

Kəsəmən kənd sakini 1918-ci ildə doğulan atasının bələkdə olarkən deportasiyaya məruz qaldığını, Kişik Məzrə kəndində kəndxuda olan babasını ermənilər tərəfindən camaatın gözü qarşısında öldürüldüyünü bildirib: “1948-ci il deportasiyası zamanı qohum-əqrabanın hamısını Tərtər rayonuna köçürüblər. 1988-ci ildə bu hadisələr yenə baş verdi. Atam-anam, bacılarım həmin il dekabrın 4-dən 5-nə keçən gecə vertolyatla çox çətinliklə kəndi tərk ediblər”.

O, günlərin birində Göyçəyə, kəndə qayıdacağına inandığını söyləyib: “Evimizin həsrətini, dərdini çox çəkirəm. 35-36 ildir yurdumuz göynəyir, dağımız, daşımız, suyumuz bizi gözləyir. İnşallah, biz yenidən qayıdanda gölün suyu yenə köpüklənəcək. O vaxt “Basarkeçər-Bakı” avtobusuna aldığım biletimi saxlamışam. Birinci özüm o biletlə avtobusa minib yenidən kəndimizə gedəcəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 10-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO