Siyasi 19.06.2024 22:44

Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə əhalisi daim işgəncələrə məruz qalan, yaşayış məskənləri viran qoyulan Vedi rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ərazisi 5 dəfə bölünüb birləşdirilən rayon” adlı süjetdə ermənilərin mərhələ – mərhələ gerçəkləşdirdiyi qeyri-insani siyasət nəticəsində azərbaycanlıların min illər boyu yaşadığı tarixi – etnik torpaqlarından didərgin salınmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Vedibasar mahalında, Türkiyə ilə sərhəddə dağarası düzənlik olan Ağrı vadisində yerləşən Vedi XVII əsrə kimi böyük yaşayış məntəqəsi olub. XIX əsrin əvvəlində burada, təxminən, 250 ailə yaşayıb və bunların 95%-i azərbaycanlılar, 5%-i isə ermənilər olub. Rusiya-İran müharibəsindən sonra imzalanan Türkmənçay müqaviləsinə əsasən Vedi 1828-ci ildən Rusiya İmperiyasının işğalı altına keçib və dərhal bura ermənilər yerləşdirilib. XX əsrin əvvəllərində rayon Andranikin daşnak dəstələrinin hücumuna məruz qalıb. 1918-ci ildə Vedi Ermənistanın tərkibinə daxil edilib. 1918–1920-ci illərdə  azərbaycanlılar vəhşicəsinə qovulduqdan sonra bura Türkiyə və İrandan gətirilən ermənilər yerləşdirilib. 1922-ci ildə burada 1504  azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1254 azərbaycanlı, 214 erməni yaşayıb.

Qeyd olunur ki, mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə, tez-tez ərazi inzibati dəyişikliklərinə məruz qalıb. 1930-cu il sentyabrın 9-da Böyük Vedi inzibati rayonu yaradılıb və 1946-cı ildə Vedi adlandırılıb. 1968-ci il mayın 5-də Vedi rayonunun adı yenidən dəyişdirilərək Ararat rayonu edilib. 1988-ci ilin noyabr ayında azərbaycanlılar sonuncu dəfə qovulduqdan sonra rayon üzrə 28 tarixi yer adları dəyişdirilib. 1995-ci ildə  mərkəzi Qəmərli, yəni Artaşat olan Ararat mərzliyi yaradılıb. Qərbdən Türkiyə, cənubdan Azərbaycanla sərhəddə yerləşən mərzliyə Vedi, yəni Ararat, Qəmərli, yəni Artaşat, Zəngibasar, yəni Masis rayonlarının əraziləri daxil edilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın bir parçası sayılan Vedi rayonu da “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasətinin haqsız qurbanı olub: “Təbii ki, bu haqsızlıq əbədi ola bilməz və artıq zaman dəyişib. Ermənilər yürütdükləri çirkli siyasətin  tələsinə düşüblər. Qərbi azərbaycanlılar isə doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO