Gündəm 25.12.2024 15:04

Aktauda baş verən təyyarə qəzasında son durum – YENİLƏNİR - FOTO - VİDEO

Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğradıqdan sonra salonunda çəkilmiş görüntülər yayımlanıb.

Rakus.az Oxu.Az-ın sosial şəbəkələrə istinadən həmin videosunu təqdim edir:

(Diqqət! Video həssas görüntülər ehtiva edir)

Qazaxıstanda Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsində 32 sərnişin sağ qalıb.

Bu barədə AZAL-ın brifinqində bəyan edilib.

Bildirilir ki, sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır.

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə sağ qalanlar arasında 10 Rusiya, 14 Azərbaycan, 2 Qırğızıstan vətəndaşı var.

Rusiya KİV-nin xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 3 nəfərin vətəndaşlığı müəyyən edilməyib.

Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin sərnişinlərindən 4 nəfərinin cəsədi aşkarlanıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həkimlərin məlumatına görə, cəsədlər Aktauda təyyarənin qəzaya uğradığı ərazidə tapılıb.

Həmçinin regional səhiyyə idarəsindən bildirildiyinə görə, qəza nəticəsində 29 nəfər yaralı halda xəstəxanaya çatdırılıb, onlardan 11 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb.

AZAL-dan verilən məlumata görə, təyyarədə olan ekipaj üzvləri bunlar olub:

1. Kşnyakin İqor

2. Kalyaninov Aleksandr

3. Əliyeva Hökümə

4. Əsadov Zülfüqar

5. Rəhimli Aydan

Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin sərnişinlərinin siyahısı açıqlanıb.

Rakus.az AZAL-a istinadən siyahını təqdim edir:

1. Ağayev Ramin

2. Əhmədov Rəşad

3. Əlimirzəyeva Xədicə

4. Əlimirzoyev Əli

5. Əliyev Zamin İdris

6. Anqbazova Maleyka

7. Arsbayeva Ceyran

8. Arsbayeva Madina

9. Asanov Rinat

10. Atsayeva Zaira

11. Babayev Anar

12. Bayramova Leyla

13. Bayramzadə Ayhan

14. Bislieva Cəmilə

15. Devrişov Samir

16. Devrişov Tofik

17. Cünüşaliyev Erlan

18. Ediev Uvais

19. Eqanov Məhəmmədəli

20. Evstiqneeva Kristin

21. Filiyev Ramazan

22. Qədirov Heydər

23. Qistarov İbrahim

24. Qistarov Rəşid

25. Qoqamova Möminat

26. Qurbaxov Həmzət

27. İandarov Arbi

28. İbrahimov Ramin

29. İgidova Nərminə

30. İsmayılov İsmayıl

31. İsmayılov Həbib

32. Cəfərov Toğrul

33. Cəlilov Nizami

34. Carayev Arif

35. Carayev Hacibrahim

36. Carayev Mahir

37. Ceerov Xızrı

38. Ceerova Salihət

39. Cüməqulov Bauyrcan

40. Cütayeva Salima

41. Xalayeva Hafisət

42. Kostiyev İbrahimxan

43. Maxsudova Qalina

44. Məmedov Zaur

45. Mehdiev Yadigar

46. Mustafayev Faiq

47. Omarova Leyla

48. Osmonov Tilek

49. Papaxov Mahəmməd

50. Rəximov Subxonkul

51. Sadıqov Qoşqar

52. Səidullayev Zinatul

53. Şabanova Vafa

54. Şaimərdanova Qauk

55. Siracov Nurullah

56. Siracova Müslimat

57. Tuleşsinov Sandibek

58. Tutunçiyev Mahmud

59. Ubaev Arbi

60. Yeznayeva Rana

61. Cəməlullail Medin

62. Cumaqat Eldar

Aktauda təyyarə qəzası nəticəsində sağ qalan 28 nəfər, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, yeddi nəfərin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsindədirlər.

Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar Mangistaudakı xəstəxanaya aparılıblar.

Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub.

Bununla bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirib.

Bakı-Qroznı marşrutu üzrə uçan, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin 25 sərnişini Qazaxıstanın Mangistau vilayətində yerləşən regional xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qəza zamanı sağ qalan şəxslərin xilasedilmə görüntülərini təqdim edirik:

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 11 texnikası və 52 nəfərlik canlı heyət üzvü Bakı-Qroznı reysi ilə uçan, lakin Aktauda qəzaya uğrayan təyyarənin söndürülməsinə cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Digər məlumatı isə Qazaxıstanın Mangistau vilayətinin səhiyyə idarəsi yayıb.

“Təyyarə qəzası nəticəsində 12 nəfər (onlardan biri uşaqdır) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aktaudakı Mangistau regional xəstəxanasına çatdırılıb. Ümumilikdə təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub”, – səhiyyə idarəsinin məlumatında qeyd olunur.

Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Bununla bağlı  AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

“Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”, – məlumatda qeyd edilib.

Aktauda qəzaya uğrayan təyyarədə ilkin məlumata görə 60 rusiyalı olub.

Bu barədə Qazaxıstan səhiyyə naziri Akmaral Alnazarov bildirib.

Qroznıdakı duman səbəbindən Bakıdan gələn təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldilib.

Bu barədə Çeçenistan paytaxtının hava limanının Mətbuat Xidməti xəbər verib.

Aktauda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər yayılıb.

İlkin məlumata görə, sağ qalanlar var.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bununla bağlı AZAL-dan məlumat verilib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bu barədə “Orda” nəşri xəbər yayıb.

Bildirilir ki, təyyarə “Azərbaycan Hava Yolları”na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO