Gündəm 02.11.2026 08:01

Xatirə Turnirində 6-cı turun nəticələri - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 6-cı tur – qrup oyunları başa çatıb.

Rakus.az xəbər verir ki, oktyabrın 31-də şənbə günü C qrupunda Xəzər TV-Ardanış oyununda televiziya təmsilçiləri 4:7 hesabı ilə məğlub olublar. Baku WS-Zəfər 44 qarşılaşmasında isə hərbçilər qələbə qazanıblar – 10:2.

Bakı Tennis Akademiyası

31 Oktyabr – VI TUR

C qrupu

17:00 — Xəzər TV-Ardanış – 4:7

Qollar: Əli Kərimov 1, Nadir Babayev 1, Elmir Məmmədov 1, Cavid Bəşirov 1 (Xəzər TV)

Ramiz Vəlizadə 3, İlqar Xələfli 2, Əsgər İbrahimov 1, Hidayət Xudiyev 1 (Ardanış)

SARI KART: Nicat Novruzov (Xəzər TV)

xxx

 

 

18:00 — Baku WS-Zəfər44 – 2:10

Qollar: Orxan Hüseynov 1, Balabəy Orucov 1 (Baku WS)

Babək Əliyev 7, Fərrux Mahmudov 2, Saməddin Əhmədov 1 (Zəfər 44)

QIRMIZI KART: Murad Fərzəliyev (Zəfər 44)

Xal vəziyyəti: Ardanış 7, Xəzər TV 6 xal, Zəfər 44- 4 xal, Baku WS 0 xal.

Oyunları AFFA-nın hakimləri Ramin Namazov və Anar Fərəcov idarə ediblər.

xxx

Noyabrın 1-də isə D qrupunda CBC Sport-Vətən görüşündə 3:7 hesablı nəticə qeydə alınıb.  AnewZ isə Gəncəvi Medianı 8:2 hesabı ilə məğlub edib.

 

Bakı Tennis Akademiyası

1 Noyabr – VI tur 

D qrupu

17:00 — CBC Sport-Vətən -3:7

Qollar: Şəmsədfin Abbasov 2, Tamerlan Qarazadə 1 (CBC Sport)

Emin İmaməliyev 2, Emin Ələsgərov 2, Elçin İsmayılov 1, Vüsal Hüseynov 1, Emin Bayramov 1 (Vətən)

xxx

 

 

18:00 — AnewZ- Gəncəvi Media – 8:2

Qollar: Nurani İsgəndərov 4, Toğrul Abdul nəzərov 3, Yusif Məmmədov 1 (AnewZ)

Ziyafət Əlisoy 2(Gəncəvi Media)

Xal vəziyyəti: AnewZ 6 xal, Vətən 6 xal, CBC Sport 3 xal, Gəncəvi Media 3 xal 

Oyunları AFFA-nın hakimləri İmran Məmmədov və Hacıəli Ağayev  idarə ediblər.

 

Bununla da turnirdə qrup oyunları başa çatıb.

Noyabrın 7-8-də  1/4 oyunları başlayacaq.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə

I TUR

17:00 — AzTV – AZƏRTAC – 4:2

18:00 — Veteranlar – Əmirxeyir – 4:2

 27 Sentyabr, Bazar

17:00 — ATV – APA – 10:4

18:00 — MEDİA – Qaraqoyunlu – 2:7

xxx

3 Oktyabr, Şənbə

II TUR

17:00 — Xəzər TV – Baku Ws – 6:1

4 Oktyabr, Bazar

16:00 — Zəfər-44 – Ardanış – 3:3

17:00 — CBC Sport – AnewZ – 5:0

18:00 — Gəncəvi Media – VƏTƏN 1:4

xxx

10 Oktyabr, Şənbə

III TUR

17:00 — AzTV-Veteranlar – 4:5

18:00 — AZƏRTAC-Əmirxeyir – 2:10

11 Oktyabr, Bazar

17:00 — ATV- MEDİA – 5:1

18:00 — APA-Qaraqoyunlu – 4:5

xxx

17 Oktyabr, Şənbə

IV TUR

17:00 — Xəzər TV –  Zəfər-44 – 7:1

18:00 — BakuWS –  Ardanış -3:5

18 Oktyabr, Bazar

17:00 — CBC Sport –  Gəncəvi Media – 2:7

18:00 — AnewZ –  VƏTƏN – 5:3

xxx

24 Oktyabr, Şənbə

V TUR

17:00 — AzTV –  Əmirxeyir – 4:5

18:00 — AZƏRTAC – Veteranlar – 5:13

25 Oktyabr, Bazar

17:00 — ATV – Qaraqoyunlu – 1:3

18:00 — APA –  MEDİA – 6:2

xxx

31 Oktyabr, Şənbə

VI TUR

17:00 — Xəzər TV  – Ardanış – 4:7

18:00 — BakuWS – Zəfər 44 – 2:10

1 Noyabr, Bazar

17:00 — CBC Sport – VƏTƏN – 3:7

18:00 — AnewZ – Gəncəvi Media – 8:2

 

7 noyabr – 1/4

A1-B2 – 17:00

C1-D2 – 18:00

 

 8 noyabr – 1/4

17:00 B1-A2

18:00 D1-C2

 

14 noyabr – YARIMFİNAL

17:00 A1/B2 – C1/D2

18:00 B1/A2 – D1/C2

 

15 noyabr – 3-cü yer

FİNAL – MÜKAFATLANDIRMA

17:00/18:00

 

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 02.11.2026 11:45
Bu kənddə adamlar niyə yoxa çıxır? – KƏNDİNƏ QAYIT - VİDEO
Mədəni, Mətbuat / 02.11.2026 10:29
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi – RETRO BAKU - VİDEO
Gündəm / 02.11.2026 08:01
Xatirə Turnirində 6-cı turun nəticələri - FOTO
İdman / 01.11.2026 20:22
Xatirə Turnirində 1/4-ə vəsiqə qazanan 8 komanda bəlli oldu
Dünya, Siyasi, Təhlil / 30.10.2026 18:04
Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 30.10.2026 12:51
“Gərək arvadın sözünə 30 faiz qulaq asasan” – O VAXTLAR - VİDEO
İdman / 30.10.2026 11:14
Şəhid Jurnalistlərin Xatirə Turnirində 6-cı tur – qrup oyunları başa çatır - FOTO
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Hərbi / 29.10.2026 09:35
“İyulda qayıda bilərdi, amma…” - VİDEO
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO