Hərbi 05.04.2026 17:19

Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO

Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir. Tədbir çərçivəsində Astara şəhəri Qəhrəmanlar parkında aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun büstünün açılışı olub.

Rakus.az xəbər verir ki, tədbirdə rayonun idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Milli Qəhrəmanın anası Vahimə Ağayeva büstün açılışını edərək, önünə əklil qoyublar.

Q.Ağayev çıxışında deyib ki, Aprel döyüşlərindən artıq 10 il keçir: “Bu əlamətdar hadisə Azərbaycan Respublikasının müasir hərb tarixində mühüm yer tutmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan proseslərin başlanğıc mərhələsi kimi xüsusi əhəmiyyət daşıyır. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcı idi. 2016-cı ilin aprelində düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu qətiyyətli addım atdı. Qısa müddətdə həyata keçirilən əks hücum əməliyyatı yalnız hərbi uğur deyil, həm də psixoloji dönüş nöqtəsi oldu. Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş “məğlubedilməzlik” mifi dağıldı və millətimizin qələbə əzmi yüksəldi. Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı. Döyüş əməliyyatları nəticəsində işğal altında olan 2 min hektardan artıq ərazi azad edildi, strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi, eləcə də, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və ətraf əraziləri ordumuzun tam nəzarətinə keçdi. Bu döyüşlərdə rayonumuzun qəhrəman oğulları da iştirak edib. Onlardan biri də 17 il Azərbaycan ordusunda xidmət edib, onlarla döyüş tapşırıqlarını uğurla yerinə yetirib və Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Teymurov Pəncəli Nurməmməd oğludur. Pəncəli Teymurovun xidmətləri Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, o, 2025-ci il 7 noyabr tarixli Sərəncamla “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb”.

Bildirilib ki, bu döyüşlər təkcə cəbhədə deyil, həm də milli şüurda yeni mərhələnin başlanğıcı oldu. Xalq, dövlət və ordu birliyinin nə qədər güclü olduğu bir daha sübut edildi. Hər bir əsgərin şücaəti, hər bir vətəndaşın dəstəyi bu qələbənin ayrılmaz hissəsinə çevrildi. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı üstünlük sayəsində xalqımızda torpaqlarımızın hərbi yolla azad ediləcəyinə inam daha da möhkəmləndi. Dörd il sonra həmin inam reallığa çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını 44 gün ərzində möhtəşəm tarixi qələbə ilə başa vurdu. Vətən müharibəsi zamanı da rayonumuzun yüzlərlə gənci döyüşlərdə iştirak etdi, onlar döyüş meydanında igidlik və qəhrəmanlıq göstərdilər. Aprel döyüşləri, Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarında şəhidlərimizin qisası alındı, separatizmə son qoyuldu, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa olundu, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi. Azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandanın qətiyyəti və sarsılmaz iradəsi bu uğurların əsasını təşkil edir.

Diqqətə çatdırılıb ki, bu gün geriyə baxdıqda aydın görünür ki, Aprel döyüşləri sadəcə bir əməliyyat deyildi. O, böyük Zəfərə aparan yolun başlanğıcı, ordunun sınaq meydanı və xalqın qələbəyə inamının təməli idi. Bu şanlı tarix ilk növbədə canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirəsi ilə bağlıdır. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün müstəqil, suveren və qalib xalq olaraq yaşayırıq.

Allah şəhidlərimizə rəhmət etsin! Xalqımızın birliyi, dövlətimizin müstəqilliyi və suverenliyi əbədi olsun!

Allah rəşadətli ordumuzu və Müzəffər Ali Baş Komandanımızı qorusun!

Tədbirdə Asxanakəran kənd tam orta məktəbin şagirdləri Nursaç Müjgan Teymurzadə  Milli Qəhrəman Pəncəli Teymurova həsr olunmuş şeirlər söyləyib, Aprel döyüşləri qazisi Orxan Əliyev çıxış edərək Pəncəli Teymurov haqqında xatirələrini söyləyib.

Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Ağayeva çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisasının alınması ilə təsəlli tapdığını, qalib xalqın nümayəndəsi olmaqla qürur duyduğunu bildirib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.

 

 

 

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO