Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu? – RETRO BAKU - VİDEO
Bu gün Baku Tv-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Afaq Hüseynovanın hazırladığı “Retro Baku” verilişinin növbəti buraxılışı efirə gedib.
Rakus.az xəbər verir ki, veriliş Fransa kinosunun ən məşhur, komik aktyorlarından biri Lui de Fünesin həyat hekayəsinə həsr olunub.
Bildirilir ki, 1914-cü ildə Paris yaxınlığında dünyaya göz açan Lui de Fünes hələ uşaqlıq illərindən ətrafındakı insanların davranışlarını və mimikalarını təqlid edərək gələcək sənət yolunun təməlini atıb. Çətinliklərlə dolu gənclik illərində müxtəlif peşələrdə çalışan və uzun müddət epizodik rollarla kifayətlənən aktyor yalnız 44 yaşında əsl şöhrətə qovuşub.
Onun həyatında dönüş nöqtəsi 1942-ci ildə tanış olduğu və ömrünün sonunadək ən böyük dayağına çevrilən həyat yoldaşı Janna ilə qurduğu möhkəm ailə bağı olub. 1958-ci ildə “Ovlanmayıb, oğurlanmayıb” filmindəki parlaq oyunu ilə milyonların qəlbini fəth edən sənətkar ardınca “Fantomas” və “Jandarm” silsiləsindən olan ekran işləri ilə dünya şöhrəti qazanıb.
Aktyor səhhətindəki problemlər səbəbindən iş tempini azaldaraq ömrünün son illərini ailəsi ilə birlikdə Klermon qəsrində keçirməyi üstün tutmuşdur. 1983-cü ildə 68 yaşında vəfat edən Lui de Fünes özündən sonra minlərlə insanın sevgi ilə xatırladığı zəngin və ölməz bir kino irsi qoymuşdur.
Veriliş iyulun 14-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














