İdman 13.11.2026 00:12

Ardanış-ATV, AnewZ-Əmirxeyir – Finalçılar bəlli olur - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 26-dan noyabrın 21-dək təşkil olunan Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turniri çərçivəsində bu gün finalçılar bəlli olacaq.

Rakus.az xəbər verir ki, noyabrın 14-də saat 17:00-da Ardanış turnirin fovoritlərindən sayılan ATV ilə matça çıxacaq.

Saat 18:00-da isə eyni gücə sahib AnewZ ilə Əmirxeyir adını finala yazdırmaq üçün tər tökəcək.

Komandaların heyətləri:

Ardanış – (forma-yaşıl) – Əsgər İbrahimov, İsmayıl Əliyev, İlqar Xələfov, Emin Qasımov, Hidayət Xudiyev, Ramiz Vəlizadə, Sənan Ocaqverdiyev, Rauf Həsənli, Elşən Nəsibov, Rafiq Həsənov, Asif Yolçuyev, Ramazan Ağayev, Orxan Qasımov, Fuad Məlikov, Musa Əzizli, Səməd Yolçuyev.

ATV – (forma-göy) – Emin Abbaslı (K),  Hüseyn Abasov, Rauf Hüseynov (Akifoğlu), Azər Nağıyev, Niyazi Səlimbəyli, Alim Kərimov, Rüstəm Rüstəmov, Famil Hüseynov, Hüseyn İsgəndərov, Orxan Əliyev, Ülvi Yafəzli, Əli Məmmədov.

AnewZ (Anyuz) – (forma – mavi-qırmızı) – Elburus Musayev, Natiq Məmmədov, Togrul Abduləzizov, Əfqan Poladlı, Nurani İsgəndərov, Cavid Əliyev, Əvəz Hacıyev, Elmin Qurbanov, Yusif Məmmədov, İlkin Mehdiyev, Bəhruz Qədirov, Hacı Hacıyev, Coşqun Behbudov, Fərhad Hacıyev, Elşad Hüseynov.

Əmirxeyir – (forma – qırmızı) – Rauf Məhəmmədov, Elnur Ağamalıyev, Tural Nağıyev, Samir İbrahimov, Emil Qurban zadə, Ümman Ağamalıyev, İlkin Kərimli, Elvin Mustafayev, Ramazan Abbasov, Bəxtiyar Hacıyev. Komandanın rəhbəri: Murad Abdullayev. Məşqçi köməkçisi Fariz Ağamalıyev.

14 Noyabr

Bakı Tennis Akademiyası

YARIMFİNAL 

17:00 – Ardanış – ATV

18:00 – AnewZ – Əmirxeyir

Oyunları AFFA-nın hakimləri idarə edəcəklər.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

OYUNLARIN ÜMUMİ TƏQVİMİ

26 Sentyabr, Şənbə

I TUR

17:00 — AzTV – AZƏRTAC – 4:2

18:00 — Veteranlar – Əmirxeyir – 4:2

 27 Sentyabr, Bazar

17:00 — ATV – APA – 10:4

18:00 — MEDİA – Qaraqoyunlu – 2:7

xxx

3 Oktyabr, Şənbə

II TUR

17:00 — Xəzər TV – Baku Ws – 6:1

4 Oktyabr, Bazar

16:00 — Zəfər-44 – Ardanış – 3:3

17:00 — CBC Sport – AnewZ – 5:0

18:00 — Gəncəvi Media – VƏTƏN 1:4

xxx

10 Oktyabr, Şənbə

III TUR

17:00 — AzTV-Veteranlar – 4:5

18:00 — AZƏRTAC-Əmirxeyir – 2:10

11 Oktyabr, Bazar

17:00 — ATV- MEDİA – 5:1

18:00 — APA-Qaraqoyunlu – 4:5

xxx

17 Oktyabr, Şənbə

IV TUR

17:00 — Xəzər TV –  Zəfər-44 – 7:1

18:00 — BakuWS –  Ardanış -3:5

18 Oktyabr, Bazar

17:00 — CBC Sport –  Gəncəvi Media – 2:7

18:00 — AnewZ –  VƏTƏN – 5:3

xxx

24 Oktyabr, Şənbə

V TUR

17:00 — AzTV –  Əmirxeyir – 4:5

18:00 — AZƏRTAC – Veteranlar – 5:13

25 Oktyabr, Bazar

17:00 — ATV – Qaraqoyunlu – 1:3

18:00 — APA –  MEDİA – 6:2

xxx

31 Oktyabr, Şənbə

VI TUR

17:00 — Xəzər TV  – Ardanış – 4:7

18:00 — BakuWS – Zəfər 44 – 2:10

1 Noyabr, Bazar

17:00 — CBC Sport – VƏTƏN – 3:7

18:00 — AnewZ – Gəncəvi Media -8:2

xxx

7 noyabr – 1/4

A1-B2 – 17:00 – Veteranlar – ATV – 1:9

C1-D2 – 18:00 – Ardanış – Vətən -6:4

 

 8 noyabr – 1/4

17:00 B1-A2 – Qaraqoyunlu – Əmirxeyir -4:7

18:00 D1-C2 – AnewZ – Xəzər TV – 6:0

14 noyabr – YARIMFİNAL

17:00 A1/B2 – C1/D2 – ATV-Ardanış –

18:00 B1/A2 – D1/C2 – AnewZ – Əmirxeyir –

15 noyabr 

17:00 – 3-cü yer

 

21 Noyabr 

FİNAL – MÜKAFATLANDIRMA

17:00/18:00

 

 

XƏBƏR LENTİ
İdman / 13.11.2026 00:12
Ardanış-ATV, AnewZ-Əmirxeyir – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO
İdman / 03.11.2026 10:04
Altıncı tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Mətbuat / 02.11.2026 13:16
Telekanalların “YouTube” göstəriciləri: Baku TV birincidir - FOTO
Maraqlı, Sosial / 02.11.2026 11:45
Bu kənddə adamlar niyə yoxa çıxır? – KƏNDİNƏ QAYIT - VİDEO
Mədəni, Mətbuat / 02.11.2026 10:29
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi – RETRO BAKU - VİDEO
Gündəm / 02.11.2026 08:01
Xatirə Turnirində 6-cı turun nəticələri - FOTO
İdman / 01.11.2026 20:22
Xatirə Turnirində 1/4-ə vəsiqə qazanan 8 komanda bəlli oldu
Sosial / 31.10.2026 10:05
Qərbi Azərbaycan həqiqətləri: Unudulan kəndin hekayəsi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 30.10.2026 18:04
Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 30.10.2026 12:51
“Gərək arvadın sözünə 30 faiz qulaq asasan” – O VAXTLAR - VİDEO
İdman / 30.10.2026 11:14
Şəhid Jurnalistlərin Xatirə Turnirində 6-cı tur – qrup oyunları başa çatır - FOTO