“Eurovision” müsabiqəsinin qalibi dəyişdirilə bilər.
Rakus.az xəbər verir ki, buna səbəb Niderland təmsilçisi Dunkan Lorensin yarışmanın əsas qaydasını pozmasıdır.
Məlum olub ki, müğənninin ifa etdiyi “Arcade” mahnının sırf “Eurovision” üçün bəstələnməyib. Eyni zamanda 2017-ci ildə “Youtube” video portalında yayımlandığı ortaya çıxıb.
Hazırda Avropa Yayım Birliyi məsələni araşdırır. Əgər Dunkanın qalibiyyəti ləğv edilsə, İtaliya təmsilçisi Mahmud “Soldi” mahnısı ilə yarışmanın qalibi elan ediləcək.