Maraqlı 02.07.2019 08:45

Bürclər – 2 iyul

 

Qoç – məqsədlər arasında çaş-baş qalmayın. Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası yoxdur.
Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə istisna olunmur.
Çətin situasiyanın məqamlarını tezliklə çözün və dürüst qərarlar qəbul edin. Bu, peşəkarlığınızın ən bariz izharı olar.
Axşam saatlarında şəxsi münasibətlərdə cəsarətli addım ata bilərsiniz.

Buğa – cari məsələlərin həllində nizamı pozmayın. Xidməti, maliyyə və məişət məqamlarındakı çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atın. Verdiyiniz vədə əməl edin, dediklərinizi unutmayın. Həmkarlarınız və şərikləriniz arasında nüfuzunuza xələl gələcək situasiyanın yaranmasına imkan verməyin.
Günün ikinci yarısında hansısa işlər əvvəlcədən hazırlanmış planda dəyişikliklər etmək zəruridir. Seçilmiş kursdan sapmayın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin. Səmimi və qayğıkeş olun.

Əkizlər – önəmli məsələlərin həllində ciddi olun. Şit zarafatlar edən, təlxək təsiri bağışlayan insanlardan uzaq durun. Tapşırıqları vaxtında yerinə yetirin. Ağır işləri görməkdən qaçmayın.
Günün ikinci yarısında fəaliyyətiniz cari situasiyaya uyğunlaşdırılmalıdır. Maliyyə məsələlərində diqqətli olun, sayıq davranın. Ödənişlərin gecikməsini istisna edin.
Axşam saatlarında çətin anlar yaşasanız, yaxınlarınız sizə yardım edəcəklər.

Xərçəng – əvvəlki anlaşmaları və sövdələşmələri unutmayın. Yarımçıq işləri başa vurun. Fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırın. Yaxın ətrafınızdakı insanlarla maraqlarınız üst-üstə düşərsə, sərinləmiş tərəfdaşlıq münasibətlərini bərpa etmək olar.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisələrə başlamayın. Qarşı tərəfi dinləməyi bacarın. Əks təqdirdə tək qala bilərsiniz.

Şir – məqsədə doğru aparan yoldakı müxtəlif sədlər və problemləri aradan qaldırmaq üçün təşəbbüskar olun. Situasiya o qədər də sərfəli, rahat deyil. İrəliyə doğru usanmadan, yorulmadan hərəkət edin.
İradə əsas məsələdir.
Günün ikinci yarısında ailə üzvlərindən birinin yardıma ehtiyacı yaranacaq. Qayğınızı əsirgəməyin. Dostlar və qohumların dediklərinə qulaq asın, amma münasib saydığınız qərarı qəbul edin.
Xroniki xəstəliklərin yaranmasının qarşısını almağın ən yaxş yolu müayinədir.

Qız – önəmli qərarlar və çətin danışıqlar zamanıdır. Yaxın gələcəkdəki işləriniz, perspektivləriniz bugünkü davranışınızdan asılıdır. İfrat dərəcədə mühafizəkar olan hadisələrin ənənəvi axarını pozmaqdan çəkinməyin.
Günün ikinci yarısında eksperimentə başlamaq, risk etmək olar. Şəxsi münasibətlərdə, habelə işdə yeniliklər olacaq.
Planlarınızda ehtiyatlı olun.
Axşam saatlarında yaxınlarınızla təmaslarda səbrli, soyuqqanlı olun.

Tərəzi – çətin, qarışıq gündür. Ən sadə təsir bağışlayan məsələlər elə çətinləşəcək ki, çıxış yolunu tapmaq ağırlaşacaq. Məişət qayğıları təcili həllini tələb edir. İşdə rəhbərlikdən yeni tapşırıq alacaqsınız.
Günün ikinci yarısında mürəkkəb işi qısa müddətə başa vurmaq zərurəti ilə qarşılaşacaqsınız. Maliyyə və pul müstəvisində əsəbləri gərəcək qarşıdurmaya başlamayın. Amma belə situasiya olarsa, mənasız xeyriyyəçilik etməyin, borcları bağışlamayın, maraqlarınızın tapdanmasına imkan verməyin.
Axşam saatlarında biznes və daşınmaz əmlakla bağlı məsələlərdə maksimum dərəcədə ehtiyatlı davranın.

Əqrəb – yaranan problemləri dərhal həll edin. Çözüm prosesini təxirə salmayın, cavab tələb edən sualların araşdırılmasını ertələməyin. İşgüzar məsələlərin yoluna qoyulmasında nə qədər cəsarətli olsanız, bir o qədər yaxşıdır.
Günün ikinci yarısında sevdiyiniz insanla romantik anlar yaşayacaqsınız. Hisslərinizin sınanmasına ehtiyac duyulmur. Yalan danışmayın, yetər.
Axşam saatlarını özünüzə həsr edin.

Oxatan – qəti qərar verməzdən əvvəl yaxşı düşünün. Sadəlövh olmayın, hər deyilən sözə inanmayın. Elementar təhlükəsizlik qaydalarına riayət edin. Ətrafınızdakı insanların tələblərini birmənalı şəkildə qulaqardına vurmayın.
Günün ikinci yarısında bəlli qaydalar çərçivəsində çalışmaq sizi çox bəlalardan hifz edəcək. Mübahisələrdə kiçik də olsa, güzəştlərə meylli olun. Sizə qarşı tələblər və iradlarla çıxış edən insanın sözlərinə qulaq asın.
Aqressiv olmayın.

Oğlaq – emosional baxımdan dayanıqlı olun. Dəmir qətiyyətiniz, iradəniz və təmkininiz olmalıdır. Yaşamın az qala bütün sahələrində qəfil hadisələr, təsadüflər sizi sınağa çəkəcək.
Günün ikinci yarısında səbrli olsanız, potensial və resurslara qənaət edəcəksiniz. Maliyyə məsələrində risk etməyin. Bununla belə, şanslarınızı da vaxtında dəyərləndirin. Rəqiblərin kölgəsində qalmayın, fatalist olmayın.
Gəlir mənbələrinizi artıra bilərsiniz. Axşam saatlarında sakit olun, dialoqları konstruktiv məcrada qurun.

Dolça – peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir. Qətiyyətli, əzmkar olun. Kimsənin qarşısında geri çəkilməyin. Fövqəladə vəziyyətlərdən çıxış yolunu sürətlə arayın. Astagəl və ləng olmayın.
Günün ikinci yarısında bəzi qərarlarınızı yaxın ətrafınızdakı insanlar bəyənməyə bilərlər. Səbrli olun, qəlb qırmayın.
Səhhətinizə ziyan vuracaq əməllər etməyin. Sınanmış vasitələr arzuolunmaz effekt verə bilər.

Balıqlar – ehtiyatlı, sayıq olun. Əvvəllər əldə etdiyiniz təcrübələr sizi yeni səhvlərdən hifz edəcək. Peşəkar fəaliyyət müstəvisindəki mümkün dəyişiklikləri sakit, təmkinlə qəbul edin.
Günün ikinci yarısında intuisiyanıza güvənərək məntiqsiz addımlar atmayın.
Axşam saatları dostlarla görüşlər üçün əlverişlidir. Bədxərclik etməyin. (Milli.Az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO