Dünya 05.04.2019 17:08

Azərbaycan məşəl estafetindən kənarda qaldı - FOTO

 

Dörd il əvvəl Azərbaycanda keçirilən ilk Avropa oyunları bütün dünyanı heyran etmişdi. Azərbaycan bu oyunların təşkili üçün bütün işləri yüksək səviyyədə görmüşdü. Avropanın bütün ölkələri burada yaradılan şəraitdən, ən əsası oyunların təşkilindən razı qalmışdı. Bakı-2015-dən sonra estafeti Minsk öz üzərinə götürmüşdü. Bununla da Azərbaycan Avropa oyunlarının tarixində «ilk»ə imza atmışdı. Bəzi mütəxəssislər bildirdilər ki, Bakıdan sonra oyunlara ev sahibiliyi edən şəhərlərin hər biri bu bu mötəbər yarışı bizim standartlarla keçirəcək. Lakin belaruslular ilk olaraq, bu standartlarda dəyişikliklər etdilər. Əgər Avropa oyunlarının ilk keçirildiyi ölkə Azərbaycandırsa, deməli Minsk-2019-un məşəli bizim ölkəmizdə alovlandırılmalı idi. Axı, Olimpiya oyunlarının məşəli ilk dəfə bu mötəbər yarışı keçirən ölkədə- Yunanıstanda alovlanır. Deməli Avropa oyunlarının məşəli ilk dəfə olduğu kimi Atəşgah məbədindən alışdırılmalıdır. Lakin Minsk-2019-un məşəli nə Bakıda, nə də Afinada alovlanacaq. Maraqlıdir ki, heç bir alovu olmayan məkandan-Romadan yandırılıb, sonda Minskə gətiriləcək. Bu nə qədər düzgündür, onu deyə bilmərik. Buradan sual yaranir ki, məşəl estafeti nə üçün I Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycandan keçmir, yaxud AOK və yerli Təşkilat Komitəsi bunu nə ilə əlaqələndirir?

Minsk-2019-un rəsmi saytında oyunların mədəni proqramının rəhbəri Sergey Xomiçlə müsahibə yer alıb. Həmin müsahibədən bəzi məqamları sizə təqdim edirik.

 – Belarus II Avropa Oyunlarına necə hazırlaşır?

Artıq bir iki ildən artıqdır ki, Belarus Avropa oyunlarına ciddi hazırlaşır. Təşkilat komitəsi tərəfindən demək olar ki, əksər işlər görünüb. Idman qurğuları yarışlar üçün hazırdır. Biz yarışlardan əvvəl məşəl estafeti barəsində bütün qüvvəmizi səfərbər etmişik.

Bildiyiniz kimi, məşəlin estafeti olimpiya oyunları çərçivəsində keçirilən ən mühüm tədbirdir. Bu, Bakıda keçirilən ilk oyunlarda da nəzərə alınmışdı. Məşəl estafeti həmin vaxt ölkə daxilində keçirilmişdi. Lakin biz bunu təkrarlamaq istəmirik. Çalışacağiq ki, II Avropa oyunları daha böyük əks-səda yaratsın. Artıq bu barədə bir sıra layihələrimiz var.

– Sirr deyilsə həmin layihədə hansı yeniliklər olacaq?    

– Məsələn, yerli Təşkilat Komitəsi Avropa Olimpiya Komitəsi (AOK) ilə ortaq məxrəcə gələrək yeri bir layihə həyata keçirəcək. Məşəlin estafeti Romadan başlanacaq. Bilirsiniz ki, AOK-un mənzil qərargahı burada yerləşir. Artıq bundan sonra məşəlin estafet mərasiminin Romadan başlanması ənənə halını alacaq.

– Maraqlıdır…

–  Bəli. Roma qədim şəhərdir. Onun böyük və şanlı tarixi var. Hesab edirəm ki, bu, iştirakçi ölkələr tərəfindən müsbət qarşılanacaq. Məşəl mərasimi rəmzi olaraq 50 gün davam edəcək. Çünki həmin məşəli «köhnə qitə»nin 50 ölkəsindən olan idmançılar növbə ilə gəzdirəcək.

– Marşrutu müəyyənləşdirmisizinizmi?

– Bəli. Məşəl Romada yerləşən «Ara Pacis Museium»dan start götürəcək. Oradan Kurmayer məntəqəsinə (Italiya və Fransa sərhədində yerləşir-red) yollanacaq. Məşəl Monblan zirvəsinə qaldırılacaq. Belaruslu baykerlər kalonu məşəllə birlikdə  Sloveniya, Avstriya, Macarıstan, Slovakiya, Çexiya, Polşanı gəzəcək. Daha sonra məşəl estafeti Belarusda davam edəcək. Biz Belarusu bütün dünyaya yenidən tanıdacağıq.

– Minskdə keçirilən II Avropa Oyunları Bakıdan təkcə məşəl estafetinə görə fərqlənəcək?

– Bakıda keçirilən oyunlar bütün dünyanı heyrətləndirmişdi. Lakin bir daha qeyd edim ki, onlar məşəl estafetini ölkə daxilində etmişdilər. Biz istədik ki, məşəl təkcə Belarusda gəzməsin.

O ki, qaldi fərqə bunu iştirakçı ölkələr oyunlar başa çatdıqdan sonra bildirəcəklər. Məqsədimiz odur ki, Belarusu Avropada daha yaxından təbliğ edək. Bu turizm baxımından da bizim üçün əlverişli olacaq. Yeri gəlmişkən tezliklə biz II Avropa Oyunlarının yeni məşəlin ictimaiyyətə təqdim edəcəyik.

Rakus.az-ın analitik qrupu

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO