Mədəni 26.10.2019 11:23

Almaniyada Əzizə Mustafazadədən müsahibə götürüldü - FOTO

Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazədənin qızı, hazırda Almaniyada yaşayan məşhur caz ifaçısı Əzizə Mustafazadənin “SWR2“ kanalına müsahibəsi bu kanalın internet səhifəsində yerləşdirilib (https://www.swr.de/swr2).

Rakus.az xəbər verir ki, Əzizə Mustafazadədən müsahibə götürən kanalın müxbiri İnes Pasç musiqiçinin ən mühüm ilham mənbəyinin onun atası məşhur caz ustası Vaqif Mustafazadənin olduğunu, lakin Əzizənin çox erkən, 10 yaşında olarkən atasını itirdiyini qeyd edir. Əzizə Mustafazadə 39 yaşlı V.Mustafazadənin qəfil vəfatının onun üçün şok olduğunu və bu şok hissinin və ağrı-acının bu gün də keçmədiyini vurğulayır. O, atasının yolunu davam etdirməklə onun ruhunu şad etdiyini və bununla içindəki ağrını azaltdığını düşündüyünü nəzərə çatdırır.

Müxbir Ə.Mustafazadədən musiqiyə necə başladığını soruşur və onun 3 yaşında olarkən atasının konsertində improvizasiya ilə çıxış etdiyi haqqında məlumata malik olduğunu qeyd edir.

Caz ifaçısı bunun doğru olduğunu, 3 yaşında atası ilə eyni səhnəyə çıxmağın əyləncəli olmaqla yanaşı, onda qorxu hissi yaratdığını bildirir. 3 yaşında olarkən atasının ifasında xeyli sayda xalq mahnılarını öyrəndiyini bildirən Ə.Mustafazadə məktəbdə musiqi ifa etməkdən daha çox improvizasiya ilə məşğul olduğunu nəzərə çatdırır. O, 14 yaşında olarkən atasının əsərlərindən birini pianoda ifa etdikdən sonra pianoda ifa etməyə başladığını qeyd edir.

Jurnalistin pianoda çalışmağa başlamaqla bağlı sualına cavab olaraq Ə.Mustafazadə musiqi alətində məşq anlayışının onun üçün mövcud olmadığını, onun üçün istək, ilham və əhval-ruhiyyənin daha vacib olduğunu vurğulayır. O, piano ilə ünsiyyətdə olduğunu və bunu məşq hesab etmədiyini nəzərə çatdırır. Pianoda məşq etməyin onun üçün iztirabverici məşğuliyyət olduğunu vurğulayır.

O, bəzən bir həftə musiqi ifa etmədiyini və bunun, sadəcə olaraq, musiqi fasiləsi olduğunu qeyd edir. Bu fasiləyə ehtiyac duyduğunu və hər gün ifa edən, ilboyu çoxsaylı konsertlər verən musiqiçilərdən olmadığını diqqətə çatdırır.

Müsahibənin sonunda Əzizə Mustafazadə azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi “Ayrılıq” mahnısından kiçik parça səsləndirir. (Azərtac)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO