Mədəni 06.01.2020 01:12

Adil Axundov Parisdə möhtəşəm konsert verdi - FOTO

Parisin 5-ci rayonunda yerləşən Saint Severin kilsəsində klassik musiqi konserti olub.

Rakus.az xəbər verir ki, Fransanın İncəsənətin Dostları Assosiasiyasının təşkil etdiyi konsertdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, Sankt- Peterburq Mariinski Teatr truppasının solisti, beynəlxalq müsabiqələr laureatı, həmvətənimiz Timur Abdikeyev və Bakı Musiqi Akademiyasının Opera Studiyasının solisti Adil Axundov çıxış ediblər.

Konsert çərçivəsində görkəmli bəstəkarlar Jeorq-Frederix Handel (Georg Friedrich Haendel, 1685), Jan-Sebastyən Bax (Jean-Sébastien Bach, 1685), Franz Jozef Haydn (Franz Joseph Haydn, 1732), Vinçenso Bellini (Vincenzo Bellini, 1801), Rudolfo Falvo (Rodolfo Falvo, 1873) və Jorj Gerşvin (George Gershwin, 1898) əsərləri ifa olunub.

Bakıda anadan olmuş T. Abdikeyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə Bakıda Şövkət Məmmədova adına Respublika və Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqələrinin mükafat və fəxri adlarına layiq görülüb. «Ümid» diplomu və İ.K.Arxipova adına Fondun mükafatına layiq görülmüşdür. O, Vladimir Atlantovun rəhbərlik etdiyi vokalistlərin beynəlxalq müsabiqəsinin laureatı və Milanda Leyla Gencerin rəhbərlik etdiyi “La Scala” teatr müsabiqəsinin finalisti olub.

2004-cü ildə Sankt -Peterburqun Marliinski Teatrının səhnəsində karyerasına başlayan T. Abdikeyev bu əfsanəvi teatrın səhnəsində 60-dan çox rolları ifa edib.

T.Abdikeyev Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərinin məşhur opera və teatrlarında konsertlər verib və Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə eyni səhnəni bölüşüb.

T. Abdikeyev hazırda Parisdə yaşayır və karyerasını davam etdirir.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO