Mədəni 08.01.2020 14:55

Azərbaycan “Abu Dabi Şeyx Zayed İrs Festivalı”nda təmsil olunur - FOTO

Birləşmiş Ərəb Əmirliklərində “Abu Dabi Şeyx Zayed İrs Festivalı” keçirilir. Festivalda ölkəmizi təmsil etmək üçün Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev “Cəngi” estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər edib.

Rakus.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, festival beynəlxalq əlaqələrin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizin mədəni sənaye potensialının ixracı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə müxtəlif ölkələrin rəqs kollektivləri ilə danışıqlar aparılır, hər bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr edilir.

Əbu-Dabi şəhərinin ətrafında böyük bir sahədə tikilmiş xüsusi festival şəhərciyində müxtəlif ölkələrin, şirkətlərin, yerli dövlət orqanlarının yüzlərlə stendi, pavilyonu, həmçinin istirahət və əyləncə məkanları, rəqs və ifalar üçün səhnələr qurulub. BƏƏ-nin yerli incəsənət kollektivləri ilə yanaşı, tədbirdə Azərbaycan, Rusiya, Çin, Hindistan, Rumıniya, Ukrayna, Bosniya və Herseqovina, Özbəkistan, Cənubi Afrika, Yəmən, Misir respublikalarının, Bəhreyn və Mərakeş krallıqlarının və digər ölkələrin rəqs kollektivləri, ifa və şou qrupları iştirak edib. Yaradıcı kollektivlər gündə üç dəfə (hər dəfə yarım saat olmaqla) şəhərcikdə yerləşən ayrı-ayrı səhnələrdə, həftədə iki dəfə isə Əbu-Dabi televiziyasının səhnəsində çıxışlar edirlər.

Fevralın 1-dək davam edəcək festivalda Azərbaycanın “Cəngi” estrada və folklor rəqs ansamblı “Bayram”, “Qaytağı”, “Dağlı”, “Naxçıvani”, “Tənzərə”, “Yallı”, “İgidlər”, “Tərəkəmə”, “Qıt-qılıda”, “Naz eləmə”, “Ağ çiçək”, “Dağlar gözəli” və “Sarı gəlin” kimi milli rəqslərimizi ifa edir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO