Mədəni 05.02.2020 01:12

Azərbaycan filmi dünyanın ən yaxşıları sırasında - FOTO - VİDEO

Ölkəmizdə məşhur olmasa da, “Ən mavi dənizin sahilində” filmi dünyanın ən yaxşı 12 filmindən biri kimi dəfələrlə nüfuzlu kino tənqidçilərin siyahısında yer alıb.

Rakus.az xəbər verir ki, dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilib.

Belə ki, “Kinovedçeskiye Zametki” (kinoşünasın qeydləri) jurnalı müxtəlif ölkələrin kino tarixçi, tənqidçi, nəzəriyyəçi və kinoşünaslarına bütün dövrlərin ən yaxşı 12 filmini müəyyənləşdirmək üçün müraciət edir. Müraciət 3 kateqoriya təqdim olunub: kinonun incəsənətin kimi inkişafında rol oynamış 12 film (tarixçi nəzərindən), müasir kino mədəniyyəti üçün aktual və qiymətli 12 film (tənqidçi nəzərindən), şəxsən bəyəndiyiniz 12 film (tamaşaçı nəzərindən).

Anket cavablarına kinoşünas Naum Kleymanın (Rusiya) və kino nəzriyyəçisi Bernar Ayzenşits (Fransa) siyahılarında “Ən mavi dənizin sahilində” filminin adı da vardı.


“Ən mavi dənizin sahilində” (bəzi mənbələrdə “Mavi dənizin sahilində”) filmi 1935-ci ildə Boris Barnet və Səməd Mərdanov tərəfindən lentə alınıb. Filmin ssenari müəllifi Klimenti Mintsdir.

Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.


Qeyd edək ki, “Ən mavi dənizin sahilində” filmi kino tarixinə həm də Azərbaycanın və SSRİ-nin ilk səsli filmi kimi düşüb. Səs rus alimi və ixtiraçısı, mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır.
Film həm operator kimi, həm də quraşdırılmış səhnələrin operatoru kimi Mirzə Mustafayevin kinoda ilk işidir.

Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib. (Kulis.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO