Dünya 27.03.2020 22:53

Avropa Parlamenti təcili yardım paketini təsdiqlədi

Avropa Parlamenti COVID-19 pandemiyasından ən çox təsirlənən ölkələrə və onların vətəndaşlarına yardım üçün 40 milyard dollarlıq təcili yardım paketinin ayrılmasını təsdiq edib.

Rakus.az xəbər verir ki, profilaktik karantindən sonra fövqəladə plenar iclas üçün binaya yalnız Prezident David Sassoli qayıdıb, parlament üzvləri isə email vasitəsilə səs veriblər.

Koronavirusa Cavab İnvestisiya Təşəbbüsü adlı yardım paketi insanlara və müəssisələrə böhranın öhdəsindən gəlməyə kömək etmək məqsədi daşıyır.

Paketə Avropa İttifaqı Həmrəylik Fondunun Avropada ictimai sağlamlıq sahəsindəki fövqəladə halları da əhatə etməsi daxildir.

Avropa Parlamentinin üzvləri hava yolları şirkətlərinin reyslərini davam etdirmələri üçün həmin uçuşdakı yerlərin azı 80 faizini doldurmalı olduqlarını tələb edən Avropa İttifaqı qanununun müvəqqəti olaraq qüvvədən düşməsini təsdiqləyib.

Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq elan olunub. Avropa ölkələrindən İtaliya ölüm sayına görə ən yüksək göstəricilərə malikdir. İspaniya, Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələrdə də karantin və fövqəladə vəziyyət elan olunub. Dünyanın qabaqcıl dövlətləri və səhiyyə işçiləri vaksinin tapılması üçün davamlı araşdırmalar aparır. Artıq dünya üzrə 500 000-dən çox insanın Covid-19-a yoluxduğu təsdiqlənib.

XƏBƏR LENTİ
İdman / 25.09.2026 12:48
Sabah Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO