Dünya 06.04.2020 23:39

ABŞ-ın baş cərrahının narahatlığı – Prezidentin nikbinliyi – TƏHLİL - FOTO

ABŞ rəsmiləri koronavirusun yayılması ilə əlaqədar ölkə üzrə qarşıdan gələn həftənin ağır olacağına dair xəbərdarlıq edib.

Rakus.az xəbər verir ki, ABŞ-ın baş cərrahı Cerome Adams “Fox News Sunday“ə açıqlama verib.

O deyib: “Düzünü desək, bu, bir çox amerikalının həyatının ən ağır və ən kədərli həftəsi ola bilər” – deyə, verib. “Bu, 11 sentyabr, Pörl Harbor zamanı kimi anlar olacaq, amma lokallaşmayacaq. Bu, ölkənin hər yerində olacaq”.

Brifinqdə jurnalistlərə açıqlama verən ABŞ Prezidenti Donald Tramp nikbinlik ifadə edərək, “tunelin sonunda bir işıq var” söyləsə də, qarşıdakı çətin şərtləri qeyd edib.

“Növbəti həftə yarım, iki həftə, düşünürəm ki, çox çətin olacaq” – deyə Tramp bildirib. “Eyni zamanda, bu çətinliklərin nədən ibarət olduğunu və bu vaxt nə demək olduğunu başa düşürük. Ümid edirik ki, biz bunun da öhdəsindən gələ bilərik, çünki bu dünya üçün çox dəhşətli bir məsələdir”.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutuna rəhbərlik edən doktor Entoni Fauçi vurğulayıb ki, evdə qalma və sosial məsafə qaydalarının təsirlərini görmək vaxt alacaq.

“Tunelin sonundakı potensial işıq haqqında eşitdikləriniz sabah və ertəsi gün həqiqətən də ağır olacağı faktını aradan qaldırmır”, – o qeyd edib.

U.S. President Donald Trump addresses the daily coronavirus response briefing at the White House in Washington, U.S., March 27, 2020. REUTERS/Jonathan Ernst

Birləşmiş Ştatlar, bazar ertəsi səhər saatları üçün Cons Hopkins Universitetinin rəqəmlərinə görə 337,000 təsdiq edilmiş koronavirus halı ilə dünyada liderdir. Ölkədə 9600-dən çox ölüm hadisəsi baş verib və bunun üçdə biri xəstəxanaların xəstə yükünün öhdəsindən gəlməkdə çətinlik çəkən Nyu-Yorkun payına düşür.

Tramp İtaliya və İspaniyadakı kimi ölkə boyu tam təcrid qərarını verməyib. Bu qərarın verilməsini 50 ştatın qubernatorlarının öhdəsinə buraxmağı üstün tutub. Qubernatorların çoxu bu qərarı versə də, 9 statda bu edilməyib.

Fauçi 9 ştatdakı insanların qubernatorlarının evdə qalma əmri verməməsinə baxmayaraq, özlərini təcrid etməməklə “riskə atdıqlarını” deyib.

“Bu virus üçün böyük və ya kiçik bir şəhərin içində yaşamaq fərq etmir”, – Fauçi bildirib.

Prezident bundan başqa, brifinqin bir hissəsini malyariya, lupus və artrit xəstəliyinin müalicəsində istifadə edilən dərmanı təkrar olaraq qeyd edib. Hidroksixloroqin preparatının potensial yan təsirləri var və koronavirus xəstələri üçün təhlükəsiz və onun effektiv bir müalicə ola biləcəyini araşdırmaq üçün hələ də işlər görülür.

Doktor Fauçi isə CBS kanalının “Face Nation” verilişində müsahibəsində dərmanın koronavirusa qarşı hər hansı bir faydasına dair elmi sübutun olmadığını bildirib.

“Bu, həqiqətən də sadəcə təklifdir.Bəzi hallarda effektin ola biləcəyi və baş hallarda isə bunun effektinin olmadığını göstərən nümunələr olub” – deyə, o vurğulayıb.

XƏBƏR LENTİ
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS