Mədəni 17.04.2020 17:14

Aygün və Röyanın bahalı geyim yarışı - FOTO

Dünya şöhrətli amerikalı modelyer və dizayner Ralf Loren deyib: “Dəb etiket, marka deyil. Bu, içəridən gələn bir hiss və duyğudur”.

Rakus.az xəbər verir ki, yerli şou əhlinin də dəbə meyilli və geyim aludəçisi olduqları sirr deyil. Onların arasında hər zaman zövqlü geyimləri və dəbdəbəli obrazları ilə seçilən isə səhnəmizin iki Xalq artisti – Aygün Kazımova ilə Röya Ayxandır.

Oxu.Az illərdir küsülü olan Aygün ilə Röyanın bir-birindən fərqli və gözoxşayan libas və aksessuarlarının hansı brendə məxsus olduğunu, dəyərini “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən təqdim edir:

Kazımovanın həm yaxın dostu, həm də səhnə geyimlərinin müəllifi – dünya şöhrətli dizayner Rüfət İsmayılın “Afffair.fff” brendinin geyim kolleksiyasından yararlanan pop diva üst hissəsi ağ köynək, ətək hissəsi isə parıltılı, qalın dərili, qısa libası və eyni tərzdə uzun çəkmələrdən istifadə edib. Sözügedən libas ilə çəkmələrin qiyməti 1445 manatdır.

Aygünün geyindiyi digər bir libas da “Afffair.fff” markasına aiddir. Geyim dəstinin qiyməti isə 2720 manatdır.

Geyimləri ilə yanaşı, aksesuarları ilə də diqqət çəkən Xalq artistinin qulağını bəzəyən uzun ilan formalı sırğaların markası “Lakobukia” brendinə məxsusdur. Qiyməti isə 255 manatdır.

İndi isə zövqü və imici ilə hər zaman gözoxşayan, milyonların sevimlisi Xalq artisti Röya Ayxanın geyindiyi libaslar və aksessuarlara nəzər salaq:

Qlamur pop ulduzun geyindiyi cins şalvar ilə qısa köynək “Natashazinko” markasına aiddir. Köynəyin qiyməti 357 manatdır. Aksessuarlara gəldikdə isə çantanın markası “Lilianafshar”a məxsusdur. Qiyməti 1436 manatdır. “Gianvito Rossi” markasına aid ayaqqabının dəyəri isə 746 manatdır.

Ağ, uzun, yandan dəri yırtmaclı libas “Terekhov” brendinindir. Qiyməti 1600 manatdır. Cazibədar obrazını tamamlamaq üçün Röya gümüşü rəngli dəyəri 1351 manat, “Giuseppe Zanotti” brendinə aid zərif ayaqqabıdan istifadə edib.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO