Afrika qitəsində COVID-19-a 407 min nəfər yoluxub
Afrika qitəsində COVID-19-a yoluxanların sayının 407 min nəfərə çatdığı bildirilir.
Rakus.az xəbər verir ki, “Africafeed” portalının məlumatında qeyd olunur ki, indiyədək 10 mindən çox afrikalı xəstəlikdən vəfat edib.
Afrikanın iki ən böyük ölkəsi – Misir və Cənubi Afrikada yeni növ koronavirusa yoluxma halları artmaqda davam edir. Hər iki ölkənin Səhiyyə nazirlikləri son sutka ərzində pandemiya ilə əlaqədar son vəziyyəti açıqlayıb. İyunun 30-da Misirdə 1557 yoluxma, 81 ölüm faktı qeydə alınıb. Bu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 68 mini ötüb, 3 minə yaxın pasiyent isə vəfat edib. Cənubi Afrika Respublikasında isə 150 mindən çox yoluxma, 2650 ölüm faktı qeydə alınıb.
Qitənin digər ölkələrində də COVID-19-da yoluxanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatı COVID-10-la yanaşı, həm də Ebola virusu, humanitar fəlakət və silahlı münaqişələrlə mübarizə aparan Afrika ölkələrinə daha çox yardım göstərilməsi barədə müraciət yayıb.