Avropa karantin rejiminə qayıdır
Avropada koronavirusa yoluxma hallarının yenidən artması ilə bağlı karantinin yumşaldıldığı ölkələrdə qaydalar sərtləşdirilib.
Rakus.az xəbər verir ki, Belçikanın Antverpen şəhərində komendant saatı tətbiq edilib.
Digər Avropa ölkələrində də karantin tədbirləri görülür. Son iki həftə ərzində təxminən 8 000 COVID-19-a yoluxma halının qeydə alındığı Kataloniya hökuməti 10 gün ərzində vəziyyətin nəzarət altına alınmayacağı təqdirdə ictimai həyatı yenidən dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Almaniyada əlverişsiz epidemioloji vəziyyəti olan ərazilərə baş çəkənləri koronavirus testindən keçməyə məcbur edirlər.
Yunanıstanda qısa müddətdə bütün qapalı məkanlarda maska taxmaq məcburi ola bilər. Hazırda ölkədə maskaların yalnız ictimai nəqliyyatda taxılması tələb olunur. Qaydanı pozanlar cərimə olunur.