Dünya 08.04.2020 23:39

ABŞ-ın yeni İraq şifrəsi – Pentaqonun Bağdad hiyləsi – TƏHLİL - FOTO

ABŞ ordusunun komandanlığı İraqdakı “Təqaddum” hərbi hava bazasını boşaldacağını bəyan edib. Bu, ABŞ ordusunun həmin ölkədə son günlərdə tərk etdiyi sayca dördüncü hərbi baza olacaq. Məlumatda o da bildirilir ki, “Təqaddum” hərbi hava bazası və oradakı 3,5 milyon dollarlıq hərbi avadanlıq İraq ordusuna hədiyyə ediləcək.

“Təqaddum” hərbi hava bazası 2015-ci ildə İraqda İŞİD terror təşkilatına qarşı mübarizədə istifadə olunması üçün ABŞ Prezidenti Barak Obamanın göstərişi ilə qurulan bazalardan biridir. Artıq İŞİD-in İraqda məğlub edildiyini bəyan edən Vaşinqton buradakı hərbi bazaları bağlayır. “Təqaddum” bağlanan dördüncü baza olacaq, amma Pentaqonun İraqda hərbi bazalarının sayı çoxdur.

Ümumiyyətlə, İraqda ən çox hərbi qüvvə saxlayan ölkə ABŞ-dır. Rəsmi rəqəmlərə əsasən, ABŞ ordusunun İraqda 5300 hərbçisi var. Bu ölkədəki ABŞ hərbçiləri doqquz hərbi bazada yerləşdirilib. Bundan başqa, Şimali İraq Kürd Administrasiyası ərazisində bazalar var. Bunlardan ən əsası Ərbil şəhərində yerləşən “Hərir” hərbi hava bazasıdır. Həmçinin, İŞİD əleyhinə koalisiyanın birgə istifadə etdiyi hərbi bazalar mövcuddur.

Artıq “Təqaddum” hərbi bazasında təntənəli təhvil-təslim mərasimi keçirilərək, avadanlıqlar İraq ordusuna təhvil verilib. ABŞ hökumətinin son bir neçə həftədə dörd hərbi bazanı boşaltması söz-söhbətlərə səbəb olub. Bəzi media orqanlarında bazaların boşaldılmasına səbəb kimi koronavirus pandemiyası, digərlərində isə İranın dəstəklədiyi qrupların hücumları göstərilir.

Məlum olduğu kimi, bu il yanvarın 3-də Bağdad hava limanında İran ordusunun generalı Qasım Süleymani və İraqın “Həşd-Şabi” qruplaşmasının əməliyyat komandanı Mehdi əl-Mühəndis ABŞ ordusunun xüsusi əməliyyatı nəticəsində öldürülüb. Bundan iki gün sonra, yanvarın 5-də İraq parlamenti ABŞ ordusu hərbçilərinin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. Lakin ABŞ hökuməti həmin qərarı tanımayıb. Prezident Tramp bəyan edib ki, İraqda hərbi bazaların təmiri və yenidən qurulmasına xərclənən vəsaiti ödəyərlərsə, o zaman bazaları təhvil verə bilər.

Yanvarın 8-də isə İraq ordusu bu ölkədəki ən böyük ABŞ hərbi bazalarından biri olan “Ayn əl-İsa”nı raket atəşinə tutub. Sonrakı dövrdə bir neçə ABŞ bazası müxtəlif vaxtlarda naməlum qrupların raket atəşinə məruz qalıb.

Son olaraq dörd bazanın boşaldılması barədə qərarı şərh edən İŞİD-ə qarşı beynəlxalq koalisiya 2020-ci il ərzində koalisiya qüvvələrinin İraqdakı bir çox bazanı tərk edəcəyini bəyan edib. Bu geriçəkilmələri İraq ordusunun artıq İŞİD-ə qarşı müstəqil şəkildə mübarizə aparması ilə izah ediblər. Eyni zamanda, koalisiya hərbçiləri İraq ordusuna təlim keçməyə davam edəcək.

Xatırladaq ki, “Təqaddum” hərbi hava bazasından əvvəl ABŞ ordusu Ənbar əyalətində yerləşən “Əl-Qaim” hərbi bazasını, Mosul əyalətində yerləşən “Qayyara” hərbi hava bazasını və Kərkükdə yerləşən “K-1” hərbi bazasını İraq ordusuna təhvil verib.

Lakin dörd bazanın təhvil verilməsi ABŞ ordusunun İraqı tamamilə tərk etməsi mənasına gəlmir. Məsələ burasındadır ki, bazalardan çıxarılan amerikalı hərbçilər İraq ərazisində qalır, digər hərbi bazalarda yerləşdirilir.

Yeri gəlmişkən, bu günlərdə, yəni bazaların boşaldıldığı vaxt ABŞ ordusu İraqa yeni hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bir neçə gün əvvəl isə ABŞ-ın İraqdakı ən böyük hərbi bazası olan “Ayn əl-Əsəd”də hava hücumundan müdafiə təlimləri keçirilib.

Təlimlər pilotsuz uçuş aparatlarına qarşı C-RAM adlı HHM sistemlərinin istifadəsindən ibarət olub. C-RAM sistemləri raket, top və minaatan mərmilərinə, “Katyuşa” və “Qrad” kimi yaxınmənzilli raketlərə qarşı müdafiə sistemidir.

Konkret olaraq ABŞ ordusunun İraqdakı son hərəkətlərinin dəqiq səbəbləri bilinmir. Bazaların bir qisminin boşaldılıb İraq ordusuna təhvil verilməsi və hərbçilərin daha iri bazalara yerləşdirilməsi, digər tərəfdən, ABŞ ordusunun İraqa yeni HHM sistemləri gətirməsi, raket hücumundan müdafiə təlimləri keçməsi bir neçə mənada yozula bilər.

Birincisi, ABŞ İraqı tərk etməyə hazırlaşmır və bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlayacaq, üstəlik, daha həssas müdafiə sistemləri yaradır.

İkincisi, Pentaqonun İraqa HHM sistemləri gətirməsi və təlimləri onu göstərir ki, ABŞ İraqda özünə qarşı təhlükə görür. Yeri gəlmişkən, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İranın İraqdakı ABŞ bazalarına hücum hazırlaması barədə xəbərdarlıq edib. ABŞ prezidenti bildirib ki, İran belə addım atarsa, sərt cavab alacaq. Söhbət həm də İranın birbaşa hücumundan deyil, İraqdakı silahlı qrupların ABŞ mövqelərinə hücumlarından gedir.

Görünür, Pentaqon belə hücumları gözlədiyi üçün İraqda nisbətən kiçik hərbi bazaları boşaldaraq, daha iri bazalarda möhkəmlənmək və bununla da, müdafiə və qəfil zərbələrə qarşı qorunma imkanlarını gücləndirməyi qərarlaşdırıb.

Bu isə həm də o deməkdir ki, bazaların boşaldılması Vaşinqtonun İraqı tərk etməsi mənasına gəlmir. Əksinə, qarşıda İraq uğrunda daha ciddi və sərt mübarizənin şahidi olacağıq. Yaxın Şərqin ən zəngin ölkəsi və dünya mədəniyyətinin beşiyi hələ də böyük dövlətlərin əsas hədəfi olaraq qalır.

Rəşad Quliyev (Oxu.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO