Dünya 20.04.2021 14:50

Admiral: “Hərb Dəniz Qüvvələrimizin imkanları Azərbaycan üçün açıqdır”

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb.

Rakus.az xəbər verir ki, səfirliyin məlumatlna görə, görüşdə II Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər münasibətilə təbriklərini çatdıran admiral Məhəmməd Amcad Xan Niazi, Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini, ölkələrimizin bir-birinə göstərdiyi dəstəyin, hər hansı maddi maraqlardan deyil, xalqlarımızın tarixi köklərindən, dini və mədəni əlaqələrindən, ortaq bağlardan qaynaqlandığını vurğulayıb, Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini yüksək qiymətləndirib.

Admiral Məhəmməd Amcad Xan Niazi Pakistan hərbi dəniz qüvvələri tərəfindən keçirilmiş AMAN-21 beynəlxalq hərbi dəniz qüvvələri təlimində Azərbaycan hərbi dəniz qüvvələri zabitlərinin iştirak etdiyini və gələcəkdə Azərbaycandan iştirakın daha da artırılmasını və genişləndirilməsini arzu etdiklərini vurğulayaraq, Pakistan Hərb Dəniz Qüvvələrinin mövcud təhsil, təlim və hərbi-texniki imkanlarının Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daim açıq olduğunu diqqətə çatdırıb.

Admiral Amcad Xan Niazini Pakistanın Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunması münasibətilə təbrik edən səfir Əli Əlizadə, Vətən müharibəsində Azərbaycanın qələbəsi münasibətilə təbriklərə görə təşəkkürlərini çatdırıb, Pakistan dövlətinin və xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfində yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığa Azərbaycanın maraqlı olduğunu, hərbi dəniz qüvvələri sahəsində də ikitərəfli əməkdaşlığın uğurla davam etdiyini və daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə regional təhlükəsizlik və ikitirəfli əlaqələrdə qarşılıqlı maraq doğuran digər məsələrə də dair fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO