Dünya 10.06.2019 05:56

Ancelina Joli venesuelalı uşaqlara dəstək istədi - FOTO

Hollivud ulduzu Ancelina Joli beynəlxalq ictimaiyyəti böhranın yaşandığı Venesueladan ən çox miqrant axını ilə qarşılaşmış Cənubi Amerikanın üç ölkəsinə dəstək göstərməyə çağırıb.

Rakus.az xəbər verir ki, obun sözlərinə görə, 20 mindən çox venesuelalı uşaq fundamental insan hüquqlarından məhrum olmuş vəziyyətə düşmək riski qarşısındadır.

Ancelina Joli bunları BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi kimi şənbə günü səfər etdiyi Kolumbiyada söyləyib. İki günlük səfəri zamanı Joli Venesuela miqrantları ilə görüşüb və Kartaxenada Kolumbiya prezidenti İvan Duke ilə görüş keçirib.

Venesuelada iqtisadi və humanitar böhran səbəbi ilə dörd milyondan çox qaçqın və miqrant ölkəni tərk edib. Onların bir milyondan çoxu Kolumbiyada yaşayır. Kolumbiya hökuməti və yardım agentlikləri yoxsul və zorakılıq səviyyəsinin yüksək olduğu sərhəd bölgələrinə axışan sayı durmadan artan miqrantları evlə, ərzaq və tibbi xidmətlərlə təmin etmək üçün səy göstərir.

MT: Venesuela didərginlərinin sayı 4 milyonu ötüb

Xarici ölkədə doğulan venesuelalı uşaqların valideynləri çox vaxt ya miqrant sənədləri olmadığına, ya da Venesuelanın sayı getdikcə azalmaqda olan konsulluqlarına gemək imkanına malik olmadıqlarına görə doğulmuş körpəni qeydiyyatdan keçirməkdə çətinlik çəkirlər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi Ancelina Joli və Kolumbiya prezidenti İvan Duke, 8 iyun, 2019. və
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi Ancelina Joli və Kolumbiya prezidenti İvan Duke, 8 iyun, 2019. və

“Mən prezidentlə 20 mindən çox venesuelalı uşağın vətəndaşlığı olmamaq riski qarşısında qaldığı haqda, onun uşaqlara hər zaman kömək etməyə dair təəhhüdü haqda danışdım”, – Ancelina Joli mətbuat konfransında bildirib.

“Biz beynəlxalq ictimaiyyətin böhranın əsas ağırlığını daşıyan Kolumbiya, Peru və Ekvadora daha artıq yardım göstərməsi üçün təcili ehtiyacın olduğu haqda razılığa gəldik”, o deyib.

Kolumbiya prezidenti İvan Duke deyib ki, o, Ancelina Jolinin səfərinin dünyaya miqrant böhranının ciddiliyi haqqında xəbərdarlıq olacağına ümid edir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO