Dünya 18.12.2023 17:01

Avropa İttifaqının nüfuzuna ziyan vuran Fransa – TƏHLİL

Son zamanlar Avropa İttifaqı ilə bağlı müxtəlif fikirlər səslənir. Onun dağılacağı və s. perspektivinə dair mülahizələr irəli sürülür.

Böyük Britaniya bu qurumdan çıxdıqdan sonra təşkilatın sanbalı sanki azalıb. Elə görünür ki, İttifaqda Fransa hegemonluq edir.

Bu baxımdan onun aqibəti ilə bağlı müəyyən qənaətə gəlmək olar.

Avropa İttifaqı beynəlxalq təşkilatların 20-ci əsrdə artan ziddiyyətlərinin törəməsidir.

Birinci Dünya Müharibəsindən sonra beynəlxalq səviyyədə münaqişələrin təşkilatlar daxilində həllinə cəhd göstərilib. O dövrdə Millətlər Cəmiyyəti bu məqsəd üçün təsis olunmuşdu.

Ancaq 1939-cu ildə başlayan və 6 il davam edən ikinci dünya müharibəsi güclər arasında ziddiyyəti həll etməyə qadir olmadı. Faşizmin və müharibənin taleyini böyük güclər öz aralarında həll etdi. Bu savaş başa çatan sonra 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 51 dövləti tərəfindən yaradılmış BMT yaradılıb.

Dünyanın 5 dövləti (ABŞ, Böyük Britaniya, Fransa, Çin, SSRİ (indi Rusiya) Təhlükəsizlik Şurasında əsas söz sahibi rolunda çıxış etməyə başlayıb. Ancaq müasir dövrdə beynəlxalq aləmdə baş verənlər bu təşkilatın üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmədiyini sübuta yetirib.

1949-cu ildə NATO hərbi ittifaqı yaradılıb. Onun da son illər müdaxilə etdiyi hadisələrin nəticəsini uğurlu saymaq olmaz. Alyans özünü hərbi-siyasi təşkilat elan etdikdən sonra belə münaqişələrin aradan qalxmasına təsiredici gücə malik deyil.

Şimali Atlantika Alyansından iki il sonra təsis edilən Avropa İttifaqı yenilənib. BMT, NATO və Avropa İttifaqının tərkibi genişlənib.

BMT təsis olunanda başqa blokların təmsilçiləri SSRİ (Rusiya) ilə Çinin də maraqları nəzərə alınıb. Bununla belə bu təşkilat dünyada baş verən hadisələrin həllinə heç bir halda yardım edə bilmir.

Avropa İttifaqına üzv olmaq uğrunda siyasi mübarizə gedir. Bununla belə ona üzv ölkələrin qurumun adında davranışı, onu təmsilçiliyi birliyin aqibəti haqqında bədbin proqnozların da verilməsinə səbəb olur.

Aİ həm beynəlxalq təşkilat, həm də dövlətin xüsusiyyətlərini daşıyır. Ona görə ittifaqın səlahiyyətlərinin də böyük olduğu zənn edilir. Ancaq bu formal xarakter daşıdığı üçün sadaladığım özəlliklərdən heçi birinə malik deyil.
Çünki bir çox məsələlər İttifaqın institutlarının, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə öz həllini tapır.

Avropa İttifaqında Fransanın hegemonluğu hiss ediləcək dərəcədədir. Düzdür, liderlik məsələsində Almaniya ona şərik çıxmağa çalışır. Avropa İttifaqının təsisçiləri Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya olsa da, rəsmi Paris özünü daha çox lider kimi aparır. Beynəlxalq aləmdə baş verən münaqişəli məsələlərdə onun hazırladığı layihələr qəbul olunur. Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədyanı bölgələrə Avropa İttifaqının mülkü müşahidə missiyasını yerləşdirilməsi, tərkibin daha çox Fransa və ya fransızlardan təşkil edilməsi buna örnək ola bilər. Yaxud Avropa Sülh Fondunun hesabına Fransanın Ermənistanı silahlandırması, Rusiya-Ukrayna müharibəsində birmənalı mövqe nümayiş etdirməməsi Avropa İttifaqının nüfuzuna ziyan vuran hallardandır.

Beynəlxalq aləmdə başqa münaqişəli məsələlərə də münasibəti ləngiyir, yaxud hadisəni görməzlikdən gəlirlər. Avropa İttifaqı özünü siyasi deyil, daha çox iqtisadi birlik kimi aparmağa səy göstərir.

COP29-un Azərbaycanda keçirilməsinə Fransadakı bir sıra siyasi-ictimai xadimlərin etiraz etməsi rəsmi Parisin Avropa İttifaqında tutduğu mövqeyin davamı da sayıla bilər. Ermənistan belə bu məsələdə Azərbaycanın, rəsmi Bakı da təşkilatla bağlı İrəvanın xeyirinə addım atdığı halda fransalı siyasilər və dövlət xadimləri əksini edirlər. Bu hadisə həm də Avropa İttifaqının lideri sayılan Fransanın Ermənistanda Azərbaycana qarşı təzyiq aləti olaraq yararlandığını ehtimal etməyə əsas verir.

Avropa İttifaqı Fransanın rəhbərliyi altında Afrikada baş verən hadisələrə seyrçi mövqedə qalıb. HƏMAS-İsrail müharibəsi və ətrafda baş verənlərə real münasibət bildirməkdə çətinlik çəkir.

Avropa İttifaqına üzv ölkələrdə antisemitizm və antisionizm çıxışları isə güclənir. HƏMAS- İsrail müharibəsində bu özünü açıq-aşkar göstərdi. Məsələ heç də, ittifaq ölkələri vətəndaşı olan müsəmanlardan getmir. Bu cərəyan yaranma tarixinə nəzərə salınsa, ona daha çox avropalıların xidmət etdiyinin görmək olar. Elə təkcə Hitler Almaniyasının törətdiyi yəhudi soyqırımını, Holokostu xatırlamaq yerinə düşər.

Avropa İttifaqı ölkələri başqa mədəniyyətlərlə dözümsüzlük göstərir. Qurumun üzvü İtaliyanın Baş naziri Corca Meloninin çıxışı bunu təsdiqləyir: “İtaliyada İslam mədəniyyəti mərkəzləri İslam qanunlarının tətbiq olunduğu Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Avropada sivilizasiya dəyərlərimizdən uzaq islamlaşma prosesi gedir”.

Avropa İttifaqı və NATO SSRİ-yə, sosializm düşərgəsinin Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) və Varşava Müqaviləsi təşkilatı ilə rəqabət aparırdı. Yaxud tarazlıq üçün fəaliyyət göstərirdi. SSRİ yoxdur, onun varisi Rusiya isə onun qədər iddialı və siyasi-ideoloji baxımdan böyük ərazini əhatə etmirdi. İndi ABŞ-yə qarşı duran Çin var. Odur ki, Avropa İttifaqının isə Çinə yönəli təkmil siyasəti mövcud deyil. Elə NATO-nun da vəziyyəti qənaətbəxş sayılmır. Ukrayna hər iki təşkilata üzv olmaq üçün Rusiyanın müharibəsi ilə üzləşib. Ancaq rəsmi Kiyev hələ də növbədədir. Rusiyadan çəkindikləri üçün nizamnaməni yol vermədiyini iddia edirlər. Bu halda sual yaranır: O nizamnamə vəziyyətdən çıxış yolu tapmaqda təşkilatı aciz vəziyyətə qoyursa nə edilməlidir? Fikrimizcə, bu halda təşkilatın islahat aparması, ya da islahat aparması zərurəti yaranır. Çünki BMT, NATO və Avropa İttifaqı özünü hələ də sovetlər dövründəki kimi aparır. Bir də beynəlxalq aləmdə baş verən bütün ziddiyyətli, münaqişəli məsələlərin həlini ABŞ-dən gözlənilirsə, o zaman bəhs etdiyimiz qurumlara nə ehtiyac var? Çünki həmin təşkilatlar ona qərarını dəyişməyə məcbur etmək qüdrətində deyil. Belə halda Ştatların ərafında blok yaratmaq daha məntiqi sayılar. BMT, NATO və Avropa İttifaqını isə SSRİ-nin ardınca göndərməyin vaxtı deyəsən, çatıb.
Sədrəddin Soltan “Report” 

XƏBƏR LENTİ
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO
Siyasi / 26.01.2024 16:27
AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli
Təhlil / 26.01.2024 16:06
Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Maraqlı, Sosial / 26.01.2024 13:57
“Bir gün Zəngəzurda görüşəcəyik…” – Səməni Qəmbərovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov