Dünya 20.06.2023 10:06

Avropa İttifaqının qrant fəaliyətində qərəz elementləri – TƏHLİL

Azərbaycan Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Hətta, qurumun “Şərq tərəfdaşlığı” proqramının üzvüdür. Bu, həm də o deməkdir ki, demokratiya və insan hüquqlarının müdafiəsi, inkişaf sahələrində Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edir.

Avropa İttifaqı Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusda “demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi” pərdəsi altında yeni yüksək məbləğli qrant layihələri elan edib. Müxtəlif sahələr üzrə ictimai maraq kəsb edən məsələlərə dair jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğinədək layihələrin maliyyələşdiriləcəyi bildirilib. Araşdırmalar əsasən korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələri əhatə etməlidir. Bunlarla yanaşı çərçivə genişləndirilə də bilər.

Daha çox maraq doğuran məqamlardan biri layihə təkcə ölkə daxilində fəaliyyət göstərən KİV-ə deyil, həm də bəhs edilən ölkədən xaricdə fəaliyyət göstərən mediaya şamil olunacaq.

Ancaq bəhs edilən mövzuları, istiqamətləri yalnız “Şərq tərəfdaşlığı” ölkələrinə aid etməkdə qərəz elementləri də var.

Odur ki, qərəzin də idarə ediləcəyi ehtimalı az deyil. Hər gün xaricdən Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli, iğtişaş yaradacaq, təhqir dolu ifadələrlə fikirlər yayılır. Belələrinin qrant almayacaqlarına təminat verilmir. Həmin media nümayəndələri sözün azadlığından sui-istifadə edərək Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatlar yayır, fikirlər söyləyirlər.

Bu baxımdan maliyyə vəsaitinin məqsədli şəkildə anti-Azərbaycan ünsürlərə verilməyəcəyinə də təminat yoxdur.

Avropa İttifaqında medianın bir sıra təmsilçiləri Azərbaycan ictimaiyyəti üçün sınaqdan çıxmayıb. Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı keçirdikləri aksiyanın işıqlandırılmasında da qərəzdən xilas ola bilmədi. Onların aksiyaya Ermənistanın mövqeyindən yanaşması da bunu təsdiq edir. Həmin ölkələrin rəsmiləri, KİV-i iddia edirdi ki, guya Azərbaycan ictimaiyyətinin nümayəndələri həmin ərazidə “Laçın dəhlizini blokadaya alıb” və Xankəndində “ermənilər humanitar fəlakətlə üzləşib”və s.

Avropalıların qərəzli olduqlarını təsdiqləyən başqa bir fakta nəzər salaq.

Belçikada Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı siyasətçi Eva Kayli korrupsiya işi istintaqı çərçivəsində saxlanılması hadisəsini yada salmaq da yerinə düşər. Ermənilərin ABŞ və Avropa İttifaqı daxilində çirkli pullarla lobbi bəsləməsini qeyd etməmək mümkün deyil. Konqresmenlər, Fransa Senatının üzvləri, siyasiləri, KİV və s. bu pullarla ələ alınaraq Cənubi Qafqazda əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına qarşı çıxır, regionda qarşıdurmanın yaranmasına sövq edirlər.

Bu sayaq nümunələrin sayını artırmaq da olar. Avropa İttifaqı birlik daxilində maliyyə və təhlükəsizlik məsələlərinə diqqət ayırmır. O, dezinformasiya ilə mübarizəni bəhanə edərək öz ərazisində bütün xarici maliyyələşməni dayandırır.

Bu kimi layihələrin zahiri cəlbediciliyi ilə yanaşı, şirnikləndirici mahiyyət daşıdığı ehtimalı az deyil. Beynəlxalq donorlar, indiki halda Avropa İttifaqı adları çəkilən dövlətlərdən layihə, qrant adı ilə açıq şəkildə informasiya toplayır. Bu isə ictimai təhlükəsizliyə dəstək adı altında həmin ölkənin təhlükəsizliyinə təhdididir.

Məsələnin başqa tərəfi isə maliyyə vəsaitlərinin xərclənməsi və paylanmasında şəffaflığın təmin ilə bağlıdır. Məsələn, bu yaxınlarda Avropa Şurası tərəfindən 2023-cü il üçün nəzərdə tutulan 4,5 milyon avro məbləğində layihələrin yalnız 500 minlik hissəsi rəsmiləşdirilib, qalan vəsaitdən isə heç bir xəbər yoxdur.

Başqa məqam – Azərbaycanda çoxlu sayda jurnalist təşkilatlar var. Onların fəaliyyəti ictimaiyyətə yaxşı məlumdur. O zaman sual yaranır – Aİ onlarla niyə əməkdaşlıq etməyə səy göstərmir?…

Nəhayət, İranın yaratmaq istədiyi “5-ci kolon”, onun mahiyyəti Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Tehran rejimi Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərənləri müxtəlif yolla şirniklədirir, ondan vətəndaşı olduğu ölkəyə qarı istifadə etmək istəyirdi. Yaxud Sepahın hazırladığı “Hüseyniyun” qruplaşması da xaricdən Azərbaycana qarşı fəaliyyət göstərir.

Odur ki, Avropa İttifaqının verdiyi qrantın “demokratik Hüseyniyun” yaratmayacağına təminat yoxdur.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO