Sosial 27.07.2026 10:35

Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO

Baku TV-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın hazırladığı “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı yayımlanıb.

Rakus.az xəbər verir ki, budəfəki verilişdə bir vaxtlar media sahəsində çalışan, hazırda Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi kimi fəaliyyət göstərən Tural Rəhimov  həyatında baş verən çətinliklərdən, ailəsinin maddi durumundan və övladlarının taleyindən danışıb.

Onun sözlərinə görə, uşaqlıq illəri asan keçməyib. Altı yaşında anasını, 13 yaşında isə atasını itirən Tural internat məktəbində oxuyub. Onun həyatındakı əsas dönüş nöqtələrindən biri isə uzun illərdən sonra oğul övladının dünyaya gəlməsi olub. Tural bildirib ki, həyat yoldaşı ilə 10 il övlad həsrəti çəkdikdən sonra Əlican dünyaya gəlib. Lakin sonradan onda serebral iflic xəstəliyi aşkarlanıb.

Ata deyir ki, övladının müalicəsini davam etdirmək üçün ailənin imkanları tükənib. Onlar evlərini və bir sıra əşyalarını satıb, kredit götürüblər. Tural məhz oğluna daha çox vaxt ayıra bilmək üçün media sahəsindəki fəaliyyətindən uzaqlaşdığını və hazırkı işinə başladığını bildirib: “Əvvəl hər şeyim var idi, övladım yox idi. İndi övladım var, demək olar ki, dünyalarım var. Sadəcə həyatımız çox çətindir”.

Turalın birinci nikahından da qız övladı var. O, qızı ilə münasibətlərinin hazırda yaxşı olmadığını və bunun onun üçün ən ağır məsələlərdən biri olduğunu deyib.

Atanın sözlərinə görə, son söhbətlərindən birində qızı ona “Sənin kimi atanın olmağındansa, olmamağı yaxşıdır” deyib.

Tural isə qızından imtina etmədiyini, onu görmək və münasibətlərini bərpa etmək istədiyini söyləyib.

Veriliş iyulun 25-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

Ətraflı videoada tanış ola bilərsiniz:

 

XƏBƏR LENTİ
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 15.07.2026 22:46
Dini şəxsi mənafeyə çevirənlər kimlərdir? – AMİN - VİDEO
Mədəni / 15.07.2026 10:03
Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu? – RETRO BAKU - VİDEO