Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı yayımlanıb.
Rakus.az xəbər verir ki, ən çox yoluxma Bakıda qeydə alınıb.
Ümumi yoluxmanın 53,5 faizi Bakının, 13,8 faizi Abşeronun, 11,3 faizi Aranın, 7,2 faizi Gəncə-Qazaxın, 4 faizi Lənkəranın, 3,3 faizi Şəki-Zaqatalanın, 3,2 faizi Quba-Xaçmazın, 1,9 faizi Dağlıq Şirvanın, 1,0 faizi Yuxarı Qarabağın, 0,06 faizi Naxçıvanın payına düşüb.
Koronavirusa yoluxanların 0,7 faizini ölkə xaricindən gələnlər təşkil edir.