Əslən Ağdamdan olan iki xanəndə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov işğaldan azad olunmuş rayonlarına səfər ediblər.
Rakus.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xanəndələr erməni vandalları tərəfindən dağıdılmış Ağdam Dram Teatrının qarşısında “Qarabağ” mahnısını ifa ediblər.