Mədəni 27.11.2020 13:25

Anar Kərimov beynəlxalq təşkilatlara çağırış etdi

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Vebinarda ICESCO-nun baş direktoru Salim M. Əl-Malik, Bəhreynin Mədəniyyət və Antik Əşyalar İdarəsinin prezidenti Şeyxa Mai Bint Məhəmməd Əl-Xəlifə, BƏƏ-nin mədəniyyət və təhsilin inkişafı naziri Nura bin Məhəmməd Əl Kaabi, Misirin mədəniyyət naziri İnas Abdel Dayem, ICESCO, UNESCO, IRCICA təşkilatlarının nümayəndələri və digər rəsmilər iştirak etmişdir. Tədbirdə Azərbaycanı mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov təmsil edib.

Açılış nitqi ilə çıxış edən ICESCO-nun baş direktoru Salim M. Əl-Malik İslam incəsənətinin zənginliyindən, onun bəşər sivilizasiyasının formalaşmasındakı rolundan, ICESCO-nun İslam irsinin qorunması istiqamətində fəaliyyətindən bəhs edib.

İslam sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələri qeyd edən A.Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də bəhs edib. O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd edib. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən A.Kərimov Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirmişdir. Xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasın mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktlarının İCESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli olduğunu, müsəlman dünyasının öz mirasını qətiyyətlə müdafiə etməli olduğunu diqqətə çatdırıb.

A.Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər, ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Qeyd edib ki, ICESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri “İslam mədəniyyətinin paytaxtı” elan edilmiş, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı Bakıda təşkil edilib.

2017-ci ilin Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən layihələr barədə məlumat verib.

XƏBƏR LENTİ
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”