Siyasi 04.08.2023 10:21

Azərbaycan və Türkiyənin ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatı – TƏHLİL

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrlərdə rəsmi Bakı bir çox müsəlman ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanının dəstəyini almışdı. Ər-Riyad hər zaman Azərbaycanın ədalətli, haqlı mövqeyini müdafiə edib.

Azərbaycan ərəb dünyası ilə iki təşkilat daxilində əməkdaşlıq edir: İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası (ƏDL). Prezident İlham Əliyevin 2022-ci il noyabrın 1-də ƏDL-in 31-ci Zirvə toplantısında iştirakı münasibətlərin və əlaqələrin genişliyini təsdiqləyir. Azərbaycanın Liqanın müşahidəçi üzvü olması tərəflərin bir-birinə xüsusi diqqətinin göstəricisi sayıla bilər.

Azərbaycan xarici siyasi kursunu Türkiyə ilə uyğunlaşdırır. Bu baxımdan Prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə son səfərləri regional təhlükəsizlik və əməkdaşlıq baxımından yüksək dəyərləndirilə bilər. Türkiyə Prezidenti Yəmən, Sudan, İran, Misir və Fələstin məsələlərini Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla müzakirə edib. Bu, regional məsələlərdə Türkiyə ilə ərəb dövlətlərinin ortaq mövqedən çıxış etməsi baxımından özünəməxsus əhəmiyyətə malikdir. Türkiyə lideri daha sonra Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Ərdoğan oradan da Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və 50 milyard 700 milyon dollar dəyərində 13 müqavilə imzalanıb.

Türkiyə Prezidenti Yaxın Şərq səfərindən sonra Ankarada Fələstin dövlətinin başçısı Mahmud Abbas və Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS lideri İsmayıl Haniyəni qəbul edib. Görüş bağlı qapılar arxasında keçirilib. Bu görüşlərdən sonra Türkiyəyə İsrailin Baş naziri Benyamin Netanyahunun səfər edəcəyi gözlənilirdi. Ancaq səhhətində yaranan problem səbəbindən bu ziyarət ertələnib. Səfər Yaxın və Orta Şərqdə yeni geosiyasi vəziyyətin baş verəcəyini ehtimal etməyə əsas verir. Türkiyə ilə İsrail arasında xüsusən səfir səviyyəsində diplomatik əlaqələrin bərpası bölgədə Körfəz öl kələri ilə İsrailin münasibətlərin normallaşmasına da müsbət təsir edə bilər.

Türkiyə də daxil olmaqla region ölkələri təhlükəsizlik və əməkdaşlıq baxımından yeni koalisiyanın yaranması da mümkündür. Suriya, Yəmən, Livan və İraqda İranın fəaliyyəti də ərəb və yəhudi dövlətlərini yaxınlaşdıran faktordur. Bu iki tərəf arasında Türkiyə ən etibarlı vasitəçi ola bilər. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı Tehranda səfirliyin açılmasını təxirə salıb. Eyni zamanda Türkiyənin NATO-nun üzvü olması, Ukrayna-Rusiya münasibətlərində orta mövqeyi tuta bilməsi, Cənubi Qafqazda artmaqda olan nüfuzu, enerjidaşıyıcılarının nəqlində və bu sahədə təhlükəsizliyin təminində oynadığı rol, habelə ərəb ölkələri və İsraillə əlaqələri rəsmi Ankaranın regionda vasitəçi olmaq imkanlarını artırır. Beynəlxalq vasitəçi rolunda çıxış etmək istəyən başqa ölkələrin belə üstünlükləri və göstəriciləri ya azdır, ya da yox dərəcəsindədir. Türkiyə demokratik, dünyəvi idarəçiliyə malik müsəlman ölkəsidir. Bu da onun özəlliyini artıran mühüm cəhətlərdəndir.

Azərbaycan da beynəlxalq arenada Türkiyə ilə eyni mövqedədir. Bunun region ölkələri ilə müqayisədə qlobal baxımdan da faydalı özəllikləri var. Azərbaycanın Qərb, İsrail, ərəb dövlətləri ilə münasibətləri və əməkdaşlığı, Rusiya ilə əlaqələri, Ukraynanın ərazi bütövlüyünü qəbul etməsi, müharibəyə qarşı çıxması, Mərkəzi Asiya ilə Avropanı birləşdirən layihələrin müəlliflərindən olması, İranla məsafəli davranışı, Fələstin məsələsində tutduğu obyektiv mövqe, torpaqlarını işğaldan azad etməsi və başqa göstəriciləri ilə hər iki region üçün əhəmiyyətlidir. Rəsmi Bakı ilə Ankara xarici siyasi kursunu da bu baxımdan uzlaşdırır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanına səfəri zamanı yerli “Asharq Al-Awsat” qəzetinə müsahibəsində də tərəflər arasında əlaqələrdən, əməkdaşlıqdan bəhs edib.

Regionda Türkiyə-Azərbaycan-İsrail üçlüyü bir sıra layihələri reallaşdırır. Bu həm də Cənubi Qafqaz və Yaxın Şərq regionlarının təhlükəsizliyi, iqtisadi əlaqələrinin qurulması, inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir. Odur ki, belə müttəfiqlik dost dövlətlər üçün yeni imkanlar qazandırır. Azərbaycan və Türkiyənin Körfəz dövlətləri başda olmaqla ərəb ölkələri və İsraillə əməkdaşlığı Qafqazda, Yaxın Şərqdə daha bir formatın yaranmasına təkan verər: Ərəb dövlətləri-Azərbaycan-Türkiyə-İsrail. Bu dördlük formatı qlobal əhəmiyyəti baxımından böyük və ən qaynar bölgənin birləşməsinə, yaxınlaşmasına, iqtisadi əməkdaşlığa və təhlükəsizliyə töhfə, həm də regionlarda sabitliyin yaranmasına təkan verər. Nəzərə almaq lazımdır ki, dördlüyə daxil olan dövlətlərin bir-biri ilə elə də ciddi ərazi problemləri yoxdur.

Azərbaycanın iştirakı ilə mövcud formatlar qlobal və regional baxımdan faydalı olub. “Orta Dəhliz” (“Middle Corridor”) kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, TANAP, TAP təbii qaz ixrac kəməri, Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələri və başqalarını örnək göstərmək olar. 2014-cü ildə yaranan “ƏDL-Orta Asiya-Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu” formatı mövcuddur. Bu əməkdaşlıq platforması Ərəb dövlətləri-İsrail-Türkiyə-Azərbaycan-Mərkəzi Asiya formatınadək inkişaf edə bilər.

Beləliklə, rəsmi Ankara və Bakının regionda yürütdüyü siyasət sülh, əməkdaşlıq, təhlükəsizliyə xidmətə yönəlib. Çünki Azərbaycan və Türkiyə başqa dövlətlərə ərazi iddiası irəli sürmür. Halbuki regional münaqişələrin əsasını daha çox ərazi iddiaları və işğal faktorları təşkil edir. Rəsmi Ankara və Bakı dinc yanaşı yaşamaq tərəfdarı olduqlarını reallıqda həyata keçirirlər. Bunu onların təşəbbüsü ilə həyata keçirilən layihələr də təsdiqləyir. Odur ki, perspektivdə Azərbaycan və Türkiyənin iştirakı ilə ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatlarının reallaşması da istisna edilmir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO