Mətbuat 18.10.2023 19:49

Türkiyə və İrandan ermənilər niyə Abarana köçürülüb? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə əvvəlki adı Baş Abaran, sonra Abaran, hazırda isə ermənilərin Aparan adlandırdığı rayon haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilərin Aparan adlandırdığı oğuz yurdu” adlı süjetdə tarixən azərbaycanlıların yığcam yaşadığı Qərbi Azərbaycan adlı coğrafi məkanda, yəni indiki Ermənistan ərazisində 19 mahal üzrə 34 rayon mövcud olduğu bildirilir: “Abaran mahalı ərazisində eyni adlı rayon 1858-ci il Qafqaz regionunun baş xəritəsində, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, eləcə də Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. XX əsrin əvvələrinə qədər əhalisi azərbaycanlılardan ibarət olan bu rayona ermənilər əsasən 1914–1918-ci illərdə Türkiyənin Muş, Van, Ərzurum, Alaşkert və İranın Xoy vilayətlərindən köçürülüb. Hazırda burada yalnız ermənilər yaşayır”.

Vurğulanır ki, məhz Qərbi Azərbaycanda mövcud olan Abaran rayonun adının və etnik tərkibinin dəyişdirilməsi, tarixinin saxtalaşdırılması haqqında real məlumatlar erməni xislətinin üzə çıxması və ifşa olunması üçün tutarlı sübutlardır.

Diqqətə çatdırılır ki, Abaran rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1935-ci il 3 yanvar tarixli fərmanı ilə Abaranın adı dəyişdirilərək Aparan qoyulub.  Ərazisi 816 kvadrat kilometr olan rayonun mərkəzi, şəhər tipli Baş Abaran, yəni Abaran qəsəbəsidir. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Hamamlı, indiki Spitak rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu yaradılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Abaran rayonu üzrə tarixi 33 yer adı  dəyişdirilib.

Sonda diqqətə çatdırılır ki, qədim türk-oğuz yurdlarının izini silmək üçün müxtəlif hiylələrə əl atan ermənilər ümumiyyətlə, XX əsrdə azərbaycanlıları Qərbi Azərbaycandan bir neçə dəfə köçürməklə, soyqırımlar törətməklə özlərini sanki məqsədlərinə çatmış kimi hiss ediblər: “Lakin bu istək əbədi ola bilməz. Artıq azərbaycanlılara məxsus hər bir yaşayış məntəqəsi millətin yaddaşında qorunub saxlanılıb və gələcək nəsillərə çatdırılır. Bütün bunlar tarixi həqiqət olmaqla yanaşı, doğma yurda qayıdış üçün ən önəmli faktlardır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 18-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO