Siyasi 08.05.2024 22:28

“Njdenin ruslara qarşı “at oynatdığı” məkan” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin izini itirmək üçün adını 4 dəfə dəyişdirdiyi Paşalı rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qaregin Njdenin sovetlərə qarşı müqavimət mərkəzi” adlı süjetdə oğuz türklərinin yaşadığı bu ərazidə yerli əhalisinin sıxışdırılaraq etnik tərkibinin dəyişdirilməsindən və yer-yurd adlarının yadlaşdırılmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Dərələyəz mahalında ilk adı Soylan olan və toponimi “Paşalı” nəsil adı əsasında əmələ gələn eyni adlı  rayonun ərazisi XVI əsrin əvvəllərində Səfəvi dövlətinin, sonra İrəvan xanlığının tərkibinə daxil olub. 16-17-ci əsrlərdə bu ərazinin döyüş meydanlarına çevrilməsi, 19-cu əsrdə ermənilərin bu əraziyə gəlişi nəticəsində bir çox tarixi abidə, kənd dağıdılıb, yerli əhali köçkün salınıb.

Qeyd olunur ki, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, eləcə də Qafqazın 5 verslik xəritəsində adı qeyd olunan bu əraziyə 1828-1830, həmçinin 1840-cı illərdə İranın Salmas və Xoy şəhərlərindən çox sayda erməni ailəsi köçürülüb. 1918-ci, eləcə də 1930-cu illərdə kəndlərdən yerli əhali qovulub və yerinə Türkiyədən gətirilmə ermənilər yerləşdirilib. 1918-1920-ci illərdə rayon Qaregin Njdenin rəhbərliyi altında sovet hakimiyyətinə qarşı müqavimətin əsas mərkəzlərindən birinə çevrilib. 1921-ci ilin iyulunda bolşeviklərin əlinə keçən Soylan/Paşalı ərazisi Ermənistan SSR-in inzibati ərazi bölgüsünə daxil edilib. 1932-ci ildə çap olunan “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi” kitabında Paşalı rayonunun ərazisində 60 kəndin olduğu göstərilir.

Diqqətə çatdırılır ki, mərkəzi Paşalı olan eyni adlı rayon rəsmən 1931-ci il oktyabrın 15-də yaradılıb, 1956-cı il oktyabrın 12-dən etibarən Azərbaycanın bolşevik inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adlandırılıb. 1991-ci ildə adı yenidən dəyişdirilərək Vayk rayonu qoyulub. Azərbaycanlılar 1988-ci ilin noyabr-dekabr aylarında yaşadıqları bütün kəndləri tərk ediblər. Bu deportasiyadan sonra rayon üzrə 21 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il noyabrın 7-də Paşalı, yəni Vayk rayonuna şəhər statusu verilib və mərkəzi Keşişkənd, yəni Yeğeqnadzor olan Vayots Dzor mərzliyinə daxil edilib.

Sonda vurğulanır ki, tarix boyu Azərbaycan torpaqlarına göz dikən ermənilər havadarlarının dəstəyi ilə bu qədim türk-oğuz yurduna da sahib çıxıblar: “Lakin əminik ki, bu bölgənin əsl sahibi olan azərbaycanlılar yeni reallıqlara əsaslanaraq əzəli torpaqlarına qayıdacaq, hayların məkrli planlarını, xəyal və arzularını birdəfəlik puç edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 8-də   saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO