Mətbuat 22.07.2024 00:02

Azərbaycanda milli mətbuatın yaranması günüdür

Bu gün Azərbaycanda milli mətbuatın yaranmasından 149 il ötür.

Rakus.az xəbər verir ki, 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.

Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 149 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı olub. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər isə yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

2021-ci ilin iyulun 22-də – Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin – M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Bütün həmkarlarımızı təbrik edir, şərəfli peşələrində və müasir jurnalistikamızın inkişafında uğurlar arzulayırıq!

XƏBƏR LENTİ
Mətbuat / 22.07.2024 00:02
Azərbaycanda milli mətbuatın yaranması günüdür
Siyasi / 21.07.2024 22:00
Maddi-mədəni irsin bərpası Ermənistan dövlətinin öhdəliyidir - VİDEO
Siyasi, Sosial / 20.07.2024 21:49
Çivə kəndinə köçürülən ermənilər türk izlərini siliblər – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 19.07.2024 22:34
“1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib” - FOTO - VİDEO
Təhlil / 19.07.2024 16:54
Riskli ölkəyə çevrilən Ermənistan – TƏHLİL
Maraqlı, Sosial / 19.07.2024 13:30
“Yük maşınlarını Aşot bölürdü” – Əflatun Abdullayevin “Həyat Hekayəsi” – ANONS
Elm və təhsil, Siyasi / 18.07.2024 22:51
“Paşinyanın sifarişi ilə Azərbaycan əleyhinə kitab hazırlandı - FOTO - VİDEO
Təhlil / 18.07.2024 17:22
Rəsmi İrəvanın London spekulyasiyası – TƏHLİL
Elm və təhsil / 18.07.2024 13:50
Ermənistanın yeni “elmi saxtakarlığı” – ANONS - VİDEO
Gündəm, Mətbuat / 18.07.2024 11:00
SOS bir qrup media işçisini mükafatlandırıb - FOTO
Elm və təhsil, Maraqlı / 17.07.2024 22:03
“İndiki Ermənistanın tədqiq olunmuş türk mənşəli yer-yurd adları” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 17.07.2024 14:53
Abana, Abaran, Abasadzor və Abaran çayı – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 16.07.2024 22:33
“SSRİ tarixçilərinin uydurma “Ermənistan tarixi” hun-qıpçaq tarixinin saxtalaşdırılması ilə yaranıb” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 16.07.2024 18:49
Türklər bütün regionda təhlükəsizliyi, sabitliyi və rifahı təmin etməyə qadirdilər” - FOTO - VİDEO
Təhlil / 16.07.2024 16:10
Yaxın Şərqin Suriya düyünü – TƏHLİL
Elm və təhsil / 16.07.2024 14:30
“Qafqaz dövlətlərinin əsasını hun ittifaqı təşkil edib” – ANONS - VİDEO
Siyasi / 16.07.2024 13:51
“İran ictimaiyyəti belə bir Prezidenti çoxdan gözləyirdi” – ANONS - VİDEO
Müsahibə, Səhiyyə, Video müsahibə / 15.07.2024 22:45
“Göyçə camaatına zülm edən Sulikov Zodda zərərsizləşdirilib” - FOTO - VİDEO
Təhlil / 15.07.2024 16:27
İran səfirindən təxribatçı açıqlama – diplomatın təhrikçi çıxışı – TƏHLİL
Maraqlı, Sosial / 14.07.2024 22:01
Ermənilər Əmir Səəd məqbərəsini kimin adına çıxarırlar? - VİDEO
Siyasi, Sosial, Video müsahibə / 12.07.2024 22:44
“Daşnakların təsiri altında yaşamaq çox çətin idi” - FOTO - VİDEO
Siyasi / 12.07.2024 16:05
Üçüncü islahatçı Prezident – İrana demokratiya – TƏHLİL
Siyasi, Sosial / 12.07.2024 12:39
“Dedilər ki, səhər saat 6-da Arçutdan çıxmalısınız” – Əflatun Məmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 11.07.2024 22:54
Ermənistanın regionda yeganə döyə biləcəyi İran qapısı bağlanacaq - FOTO - VİDEO
Təhlil / 11.07.2024 15:20
Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru – TƏHLİL
Siyasi / 11.07.2024 14:22
Qarakilsəyə 11 min azərbaycanlı qayıdır – ANONS