Dünya 07.11.2024 15:30

79 yaşlı Trampın ABŞ-ni yenidən “möhtəşəm” etmək məsuliyyəti – TƏHLİL

ABŞ-də dünyanın səbirsizliklə gözlədiyi prezident seçkisi başa çatıb. Bu siyasi kampaniyanın qalibi Donald Tramp olub.

O, ABŞ-də hakimiyyətə ikinci dəfə fasilə ilə gələn ikinci prezidentdir. İlk dəfə Stiven Qrover Klivlend Ştatların 22-ci və 24-cü dövlət başçısı seçilib. Birinci dəfə o, 1885-ci ildən 1889-cu ilə qədər prezident olub. İkinci dəfə isə 1893-1897-ci illərdə bu vəzifəyə seçilib.

Donald Tramp isə 2016-2020-ci illərdə prezident olub. Bu ildən sonra fövqəladə hal baş verməzsə, ABŞ-nin 45-ci və 47-ci prezidenti 2028-ci ilədək daha dörd il bu vəzifəni icra edəcək.

Respublikaçılar Partiyasının namizədi Donald Tramp bu siyasi kampaniyada demokratların nümayəndəsi Kamala Harrislə yarışıb.

Onu da qeyd edək ki, demokratlar bir müddət Cozef Baydenin namizədliyini dəstəkləyirdi. Kampaniyanın başlamasına bir neçə ay qalmış, bu ilin iyulunda namizədliyini geri çəkərək vitse-prezident K. Harrisi müdafiə etdiyini bildirdi.

ABŞ Prezidenti dünya ictimaiyyətinə daha çox xarici ölkələrlə bağlı çıxışları ilə yadda qalır. Elə təəssürat yaranır ki, o, xarici siyasət idarəsinin başçısıdır. Bundan başqa, ABŞ-də 50 ştat var. Onların da hər birinin parlamenti və hökuməti fəaliyyət göstərir. Prezident daha çox birləşdirici, həlledici şəxsdir. Bununla belə, ABŞ Prezidentinin çıxışı və qərarı dünya siyasətinin yönünü dəyişməyə qadirdir.

2016-cı illə müqayisədə indi dünyada yeni münaqişə ocağı yaranıb. Şərqlə Qərb arasında ziddiyyət və gərginlik artıb.

2015-ci ildə nüvə proqramına görə İranla “altılıq” ölkələri arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. Onda bunu Yaxın Şərqin dərindən nəfəs alması kimi dəyərləndirmək olardı. Ancaq Donald Tramp onda prezident seçkiqabağı kampaniya zamanı bildirdi ki, seçilsə ölkəsini bu müqavilədən çıxaracaq. Elə də oldu. 2016-cı ilin mayında ABŞ Əhatəli Razılaşma Müqaviləsindən çıxdı. Bununla da İran yeni bir böhranla üzləşdi.

Həmin addımdan sonra İranın neft-qaz sektoruna, hərbi sənaye kompleksinə, İnqilab Keşikçiləri Qvardiyasının müxtəlif rütbəli və vəzifəli şəxslərinə qarşı yeni sanksiyalar qəbul olundu.

Ötən səkkiz il ərzində İranla Qərbin məlum məsələ istiqamətində danışıqları səmərə verməyib. Məsud Pezeşkian İranda seçkiqabağı kampaniya zamanı bu istiqamətdə danışıqları bərpa edəcəyinə boyun olsa da, hələ də bu istiqamətdə irəliləyiş yoxdur.

HƏMAS-ın, “Hizbullah”ın, İranın İsrail ərazisinə hücumları və qarşı tərəfin də cavab addımları atması vəziyyəti daha da gərginləşdirib. Hadisələr Trampın səkkiz il öncə düzgün qərar verdiyini təsdiqləyib. Çünki bu günlərdə İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi bildirib ki, İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür: “Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır”.

Odur ki, Donald Trampın ABŞ-nin Yaxın Şərq siyasətində dəyişiklik edəcək düşüncəsinin reallaşması ehtimalı azdır. Onun regiondakı başlıca müttəfiqi İsrail İranın nüvə sahəsinin şübhəli olduğunu bildirir. Əsas hədəflərindən biri də Tehran hakimiyyətinin atom sahəsini məhv etməkdir. Yaxın Şərq aktorlarından sayılan İranın yenidən Donald Trampın Ağ evinin hədəfində olacağı istisna edilmir.

ABŞ Xəzərdən keçən Orta Dəhlizin tərəfdarıdır. Bu isə Cənubi Qafqazla bağlı məsələlərin aktuallığını artıra biləcək.

Rusiya-Ukrayna müharibəsi ABŞ başda olmaqla Qərbin nüfuz savaşıdır. Düzdür, Ştatlarda iddia edilir ki, ölkənin iqtisadiyyatı Ukraynaya yardımlar edilməsi səbəbindən çoxsaylı problemlərlə üzləşib, inflyasiya artıb.

Bununla belə, Donald Tramp hakimiyyətinin də Ukraynaya yardımları artıracağı istisna deyil.

Onun prezidentliyinin birinci dönəmində Şimali Koreya ilə münasibətlərdə yumşalma hissi olunurdu. Hətta, o, Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda görüşüb. Bununla da iki ölkə Cənubi Koreya ilə Şimali Koreya arasında gərginliyin azalmasına nail olmuşdu. İndiki şəraitdə Şimali Koreyanın Rusiyaya Ukraynadakı müharibədə yardım etməsi bu istiqamətdə Trampın yeni xətt irəli sürməsinə səbəb olacaq.

Suriya və İraqda fəaliyyət göstərən PKK terror qruplaşmasına, onun müxtəlif qollarına ABŞ-nin dəstək verib, yardım etməsi Vaşinqtonla Ankara arasında ciddi problemlər yaradıb. Bu, Trampın prezidentliyi dövründə İraq və Suriyanın ərazi bütövlüyü məsələsinə yanaşmada özünü göstərəcək.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və başqa ərəb ölkələri ilə münasibət, əməkdaşlığın daha da genişlənməsi gözlənilir.

Çünki o, prezidentliyinin birinci dövründə regiondakı müsəlman dövlətlərin hərbi ittifaqının yaratmağa cəhd göstərmişdi. Bu layihə o vaxt icra olunmadı. Bu, yaxud buna oxşar layihənin yenidən gündəliyə gələcəyi də istisna edilmir.

Tramp Amerika istehsalını artırmaq üçün Çin mallarına 60 faizlik gömrük rüsumları tətbiq edəcəyinə dair söz vermişdi. Rəsmi Pekinin qisas ala biləcəyi və bunun ABŞ-a əsas məhsulların ixracının azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var.

Vaşinqtonun Pekin siyasətində ciddi dəyişikliklər olacağı inandırıcı görünmür.

Cozef Bayden iqtidarı dövründə ABŞ-nin Yaxın Şərq, Ukrayna, Cənubi Qafqaz üzrə siyasətində elə dərin dəyişiklik baş verməyib. O, bir çox hallarda Trampın dövründəkiləri icra edib.

Xarici siyasi kurs ABŞ-nin dövlət siyasətidir. Bu, bir qayda olaraq dəyişdirilmir, təkmilləşdirilir. Ancaq daxili vəziyyətə dair yeni, daha mütərəqqi addımların atılması zərurəti yaranıb.

Çünki dollar inflyasiyaya məruz qalır. Habelə daxili bazarda dolların alıcılıq qabiliyyətinin güclənməsi kimi məsələlər bura daxildir. Əmtəə qiymətləri bir gecədə düşməyə başladı, çünki Trampın qələbəsi ehtimalı artdı. Biznes ictimaiyyəti vergilərin azaldılmasını və yerli şirkətlərə dəstək gözləyir.

Ehtimal edilir ki, onun prezidentliyi dolların möhkəmlənməsinə kömək edəcək, çünki faiz dərəcələri yeni tariflər nəticəsində yarana biləcək inflyasiya ilə mübarizə üçün yüksək qala bilər.

Donald Trampın prezidentliyi dövründə Avropa İttifaqı və NATO ilə bağlı sərt açıqlamalar vermişdi. O bildirmişdi ki, Avropanın təhlükəsizliyini ABŞ təmin edir. Onun yenidən seçilməsi Almaniya və Fransa hakimiyyətlərində narahatlığa səbəb olub. Almaniyada koalisiya hökumətin dağılacağı, növbədənkənar seçkilərin keçirilməsi gözlənilir. Fransa isə Avropa İttifaqının güclənməsi ilə bağlı çağırış edir.

Beləliklə, Donald Trampın prezidentliyi dövründə ənənəvi istiqamətlərdə siyasətin dəyişəcəyi gözlənilmir. Əsas dəyişikliklərin ölkə daxildən baş verəcəyi istisna edilmir. Bir də kadr məsələsini diqqətdən qaçırmaq olmaz. Çünki 2016-2020-ci illərdə o, kadr problemi ilə üzləşmişdi.

Odur ki, bu dönəmdə ABŞ-ni daha təcrübəli və daha güclü Tramp idarə edəcək.

Bu isə ona “Amerikanı yenidən möhtəşəm et” şüarını reallaşdırmağa imkan verəcək.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür