Siyasi 27.02.2025 22:38

Paşinyan Azərbaycana dəhliz verib, amma bunu “yol” adı altında gizlədir? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistan Zəngəzur dəhlizini başqa ad altında açır” adlı süjetdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın Zəngəzur dəhlizi barədə açıqlamasından, Azərbaycandan Naxçıvana maneəsiz keçidlə bağlı Ermənistan hakimiyyətinin irəli sürdüyü müxtəlif variantlardan bəhs olunur.

Bildirilir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı əsas prinsiplər 10 noyabr razılaşmasında əksini tapıb: “Belə ki, Azərbaycandan Naxçıvana maneəsiz keçid verilir, bu marşrutun təhlükəsizliyi Rusiya sərhədçiləri tərəfindən təmin olunur. Rəsmi İrəvan bunu əvvəldən qəbul etməyib, buna görə ikinci variant – “Azərbaycandan Azərbaycana prinsipi” gündəmə gəlib. Bu varianta görə, Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər heç bir yoxlanışa məruz qalmır, marşrutdan istifadə edən üçüncü ölkələr gömrük rüsumu ödəyirlər. A.Simonyanın açıqlaması bu variantın Ermənistan tərəfindən qəbul edildiyi rəyini yaradır”.

Qeyd olunur ki, rəsmi Bakının dəyişməz tələbi Naxçıvana maneəsiz keçidin verilməsidir: “Ermənistanda düşünürlər ki, Paşinyan hakimiyyəti əslində Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu “yol” adı altında gizlədir.

Süjetdə “Parlaq Ermənistan” Partiyasının lideri Edmon Marukyan, deputatlar Armen Rüstəmyan, Arman Yeqoyan, Artur Hovhannisyan, siyasi şərhçi Hakop Badalyan və politoloq Alen Gevondyanın fikirlərinə də yer verilir. Onların sözlərinə görə, hakimiyyət heç bir halda dəhliz verilməyəcəyini, lakin yüklərin Sünik (Zəngəzur) bölgəsindən maneəsiz keçməsini təmin etməyə hazır olduqlarını deyir: “Paşinyan və komandası ictimai rəyi hazırlayır. Ermənistan strukturlarının keçən yüklərlə bağlı məlumatsız olması mümkün deyil. Zəngəzurdan keçən yüklərə birbaşa baxış keçirilməsə, bu, dəhliz məntiqinin işə düşdüyü deməkdir. Hakimiyyətin danışıqların detallarını açıqlamaması şübhələri artırır”.

Erməni ekspertlər də hesab edirlər ki, Azərbaycan yükləri Zəngəzurdan maneəsiz şəkildə keçəcəksə, rəsmi Bakı tələb etdiyi dəhlizi əldə edəcək.

Sonda vurğulanır ki, Bakı-İrəvan danışıqlarında Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılması əsas müzakirə mövzularından biridir: “İrəvanda anlayırlar ki, regional kommunikasiyanın açılması Zəngəzur dəhlizinin reallaşmasından asılıdır, əks təqdirdə, Ermənistan dalan ölkə olaraq qalacaq. Ermənistanın yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinə şəraitin yaradılmasıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO