Siyasi 22.06.2026 17:46

ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO

ABŞ və İran nümayəndə heyətlərinin görüşünün birinci raundu başa çatıb. Danışıqların həftənin sonunadək İsveçrədə Qətərə məxsus Bürgenştok dağ kurortunda davam edəcəyi gözlənilir.

Vaşinqton və Tehran arasında danışıqlara Pakistanla Qətər vasitəçilik edir.

ABŞ və İran arasında əhatəli sazişin hazırlanması üçün Yüksək Səviyyəli Komitə yaradılıb. Bu qurum İranın nüvə proqramı, sanksiyaların ləğvi məsələləri və mübahisələrin həlli mexanizmləri üzrə ixtisaslaşmış alt komitələr üzərində siyasi nəzarəti həyata keçirəcək.

İşçi qrupu iyunun 15-də imzalanmış Qarşılıqlı anlaşma memorandumu əsasında formalaşdırılıb.

Habelə ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün rabitə xətti açılıb. Komitə hərbi toqquşmaların qarşısını almaq və kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün ayrılmış rabitə kanalını razılaşdırıb.

Anlaşma Memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində insidentlərin və anlaşılmazlıqların qarşısını almaq məqsədilə tərəflər arasında rabitə xətti də qurulub. Bu da ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməyə yönəlib.

Vaşinqton və Tehran Livanda döyüş əməliyyatlarının dayandırılması mexanizmi barədə razılığa gəliblər.

ABŞ və İran danışıqlarda 60 gün ərzində yekun sülh sazişinə nail olmaq üçün “Yol xəritəsi” barədə razılıq əldə olunub.

İran danışıqlardan məmnun görünür. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran neft ixracı və İranın aktivlərinin dondurulmasının aradan qaldırılması da daxil olmaqla bir sıra məsələlərin həllini razılaşdırıb. Onun sözlərinə görə, Livanda “Hizbullah”la bağlı məsələsinin birgə həllində razılıq əldə olunub. Abbas Əraqçi sosial şəbəkədəki səhifəsində Livanda hərbi əməliyyatlarında dayandırılması yolunda əldə edilən razılaşmanı “böyük uğur” adlandırıb.

Çünki bu məsələnin İran danışıqlarda özünün qırmızı xətti sayır. Tehran iddia edir ki, Livanda “Hizbullah”la atəşkəsin əldə olunması danışıqlara müsbət təsir edər. Vaşinqton bu sazişin təmin edilməsi və İsraillə “Hizbullah” arasındakı qarşıdurmanın nizamlanması üçün müxtəlif təkliflər irəli sürür. Bununla belə ciddi çətinliklərin də olduğu istisna edilmir. Çünki təhlükəsizliyini daim təhdid etdiyi üçün İsrail “Hizbullah”ın tərk-silah edilməsini vacib sayır. Əslində bu silahlı qruplaşmanın əsas hədəfi İslam Respublikasının ideyalarının yayılması, “İsrailə ölüm!” şüarını reallaşdırmaq baxımından yəhudi dövlətinə davamlı olaraq “baş ağrısı” verməkdir. Bu qruplaşma İsraillə Livan arasında dövlət sərhədlərinin müəyyənləşməsinə də problem yaşadır.

 

Ona görə də Tehran “Hizbullah”dan danışıqlarda təzyiq aləti, çəkindiricilik məqsədi ilə istifadə edir. Hətta, onun tərk-silah olmasını belə sövdələşmək istədiyini də ehtimal etmək olar. Başqa sözlə “Hizbullah”ı İran ABŞ-yə nə ilə mübadilə edə bilər? Bu qruplaşma İslam Respublikası hakimiyyətinin Yaxın Şərqdə bazası və hərbi-siyasi yaradıcılığının zirvəsidir. O, Tehran üçün nüfuz, təsiretmə məsələsidir.

Bu kimi səbəblərdən “Hizbullah”a adi proksi kimi baxmaq sadəlövhlükdür. Livandakı İranın proksisi danışıqların əsas mövzularından, vacib elementlərdəndir. O, İran üçün o biriləri ilə eyni dərəcədə əhəmiyyət daşımır. “Hizbullah” İslam Respublikasının bir hissəsidir. Tehran onun vasitəsi ilə regionda tərəfdarları arasında nüfuzunu da qorumağa səy göstərir.

İran hakimiyyəti HƏMAS-ı, Suriyada Bəşər Əsəd rejimini müdafiə edə bilmədi. Onların süqutu həm də onun həmin bölgələrdə məğlubiyyəti sayıla bilər. Odur ki, danışıqlarda “Hizbullah”ı qırmızı xətti sayması da Tehran üçün zərurətdən doğur.

Belə ehtimal etmək olar ki, ABŞ-də İsrailin təhlükəsizliyi baxımından bu siyasi qruplaşma ilə bağlı məsələni itkisiz həll etməyə səy göstərir.

Bir neçə gün öncə Prezident Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şaraanın “Hizbullah”a dair məsələlərin həlli ilə məşğul ola biləcəyini bəyan etmişdi.

Suriya lideri Livanda vəziyyəti sabitləşdirmək üçün bu hərbi-siyasi qruplaşma ilə danışıqlara hazır olduğunu bildirib: “Biz Livanın ərazi bütövlüyünü təmin etmək üçün “Hizbullah” problemini həll etmək istəyirik. Əgər bu hamıya fayda gətirəcəksə, biz danışıqlar masasına oturmağa hazırıq”.

O vurğulayıb ki, Livanda qarşıduran tərəflər dialoqdan başqa heç nə barədə düşünməməlidirlər.

İsraillə Livan arasında münasibətlərin normallaşması, “Hizbullah” probleminin aradan qaldırılması perspektivdə Suriya ilə yəhudi dövlət arasında əlaqələrin qurulmasına, münasibətlərin normallaşmasına da yardım edər. Elə bu baxımdan da rəsmi Dəməşq qruplaşma ətrafında məsələnin həllində iştirak etməyə hazır olduğunu bildirib.

Birinci raundun nəticələrini belə ümumiləşdirmək olar:

– ABŞ və İranın yekun sülh sazişi bağlamağa razılaşması;

– Hörmüz boğazı ətrafında yaranan tıxac həllini tapır;

– nüvə proqramı tərəflər arasında danışıqların əsas mövzusu olaraq qalır;

– İslam Respublikasının dondurulmuş bəzi hesabları sərbəstləşdirilir;

– İranın neft-qaz sektoruna tətbiq edilən embarqo, qadağa tədricən aradan qaldırılır;

– “Hizbullah” ənənəvi fəaliyyətini dayandırır;

– tərəflər arasında Yüksək Səviyyəli Komitənin (İşçi qrupun) yaradılması;

– regional güclərin danışıqları dəstəkləməsi;

– Hörmüz boğazı ilə bağlı rabitə xəttinin yaradılması.

ABŞ ilə İran arasında “Yol xəritəsi”nin razılaşdırılması vasitəçilər də daxil olmaqla tərəflərin diplomatik uğuru sayıla bilər.

Ancaq yaxın keçmişdə baş vermiş hadisələr son görüşlə bağlı müəyyən narahatlıqların olduğunu ehtimal etməyə əsas verir. Heç şübhəsiz İran hakimiyyəti daxilində ABŞ ilə danışıqların əleyhdarları da var. Çünki bu xətt 1979-cu il fevral inqilabından sonra İslam Respublikası hakimiyyəti daxilində başlıca mövzulardan olub. İnqilabın daxili hərəkətverici qüvvələri əsas hədəflərindən biri ABŞ-yə qarşı mübarizə olub. Sonrakı illərdə Vaşinqtonla danışıqlara vaxtaşırı gündəliyə gəlsə də mühafizəkarlar xəttə nümayəndələrə buna qarşı sərt çıxış ediblər. Bu istiqamətdə ayətullah Seyid Əli Xamenenin mövqeyi əsas sayılırdı.

Hətta, 2015-ci il iyulun 14-də “altılıq”la (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) əldə edilən Əhatəli Razılaşma Planı imzalanandan sonra Xameneyi sənədi “qəhrəmancasına güzəşt” adlandırmışdı. ABŞ bu plandan ölkəsini geri çəkəndən sonra bu anlaşmaya qarşı çıxışlar olmuşdu. O vaxtkı Prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmmədcavad Zərif “düşmən” elan olunmuşdu. Onda əleyhdarlar nümayəndə heyətinin “özbaşınalıq etdiyini” ali rəhbərin tapşırıqlarını yerinə yetirmədiyini bildirirdilər.

Oxşar hadisə yenə baş verir. İran parlamenti Milli Təhlükəsizlik Şurası sədrinin müavini və deputat, keçmişdəki müzakirələrdə nümayəndə heyətinin üzvü olmuş Mahmud Nəbəvian dövlət televiziyasındakı müzakirələrdə bildirib ki, ABŞ ilə danışıqlar aparan İranın nümayəndə heyəti ali rəhbər Müctəba Xameneinin tapşırığına əməl etməyib. Sədr müavini iddia edib ki, Müctəba Xameneini müzakirə heyətinə gizli göstərişlər göndərsə də, nümayəndə heyəti buna əməl etməyib və “səlahiyyət həddini” aşıb. Onun iddiasına əsasən, ali rəhbər nümayəndə heyətinə Hörmüz boğazında güzəşt edilməməsi, ABŞ-dən təzminat tələb olunması istiqamətində 11 şərt irəli sürərək tapşırıq verib. Ancaq heyət bunları nəzərə almayıb.

Bu keçmişdə Tehranın oynadığı standart qaydadır. İran rəhbərliyi danışıqların gələcəyindən özünü sığortalamaq, cəmiyyətdə nüfuzunun itməsinin qarşısını bu yolla almağa çalışır. Başqa sözlə, danışıqlar gələcəkdə hər hansı səbəbdən baş tutmayacağı “biz demişdik” ifadəsini bildirmək, habelə Müctəba Xameneini uğursuzluqlardan sığortalamaq üçün lazım olan aksiyada sayıla bilər. Ancaq tərəflər sülh və münasibətlərin normallaşmasına maraq göstərən kimi aparırlar. Ona görə də razılaşmadan yayınmaq üçün klassik pozuculuq üsulu çətin səmərə verər.

Odur ki, ABŞ-İran münasibətlərində yol xəritəsi üzrə əməkdaşlıq, güzəşt davam edəcək. Danışıqlar belə davam edərsə Vaşinqton-Tehran münasibətlərinin normallaşması prosesi dayanmayacaq.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO