Maraqlı 12.11.2026 10:04

Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, növbəti material keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, Pəmbək mahalının Hamamlı (Spitak) rayonunun Qursalı, hazırkı Arcahovit kəndi haqqındadır.

Bildirilir ki, XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

Adları: çar dövründə – Qursali, Qursalı, sovet dövründə – Qursali

Çar və sovet mənbələrində kənd Qursalı adı ilə qeyd edilir.

1995-ci ilin dekabrında kəndin adı Xursali olaraq dəyişdirilib. Hazırda rəsmi erməni mənbələrində kəndin iki adından istifadə edilir: Qursal və Arcahovit. Sonuncu Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr “Gürcü xalqına” manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

Korkotyan Z. “Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)”

1831-ci ildə kənddə 81 nəfər yaşayıb. Onlardan 73-ü azərbaycanlıların əcdadları olub.

“Qafqaz haqqında məlumat toplusu”

1873-cü ildə kənddə 445 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub.

“1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu”

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

1886-cı ildə kənddə 545 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub.

Korkotyan Z. “Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)”

1897-ci ildə kənddə 713 nəfər yaşayıb. Onların hamısı azərbaycanlıların əcdadları olub.

“İrəvan quberniyasının 1908-ci il üçün yaddaş kitabçası”

1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 824 nəfər yaşayıb.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan (indiki Yerevan) şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Sovet dövründə kənd Qarakilsə rayonunun tərkibində olub, rayon sonradan Kirovakan adlandırılıb. Sonra isə kənd Spitak rayonuna aid olub.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

Korkotyan Z. “Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)”

1922-ci ildə kənddə 839 nəfər yaşayıb. Onların hamısı azərbaycanlı olub.

1926-cı ildə kənddə 962 nəfər yaşayıb. Onlardan 954-ü azərbaycanlı olub.

1931-ci ildə kənddə 1 040 nəfər yaşayıb. Onlardan 1 033-ü azərbaycanlı olub.

Manvelyan A.P., Martirosyan G.M. “1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi”

1959-cu ildə kənddə 1 314 nəfər yaşayıb. Əhalinin əsas hissəsini azərbaycanlılar təşkil edib.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. “Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti”

1970-ci ildə kənddə 1 998 nəfər yaşayıb.

1979-cu ildə kənddə 2 002 nəfər yaşayıb.

1989-cu ildə kənddə 69 nəfər yaşayıb. Onların hamısı azərbaycanlı olub.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

Britaniyalı jurnalist və qafqazşünas Tomas de Vaalın “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında qeyd edilir ki, Qursalı kəndinin azərbaycanlı əhalisi 1988-ci ilin noyabrında Ermənistan SSR-in güc strukturları nümayəndələrinin və silahlı dəstələrin təzyiqi altında zorakılıqla qovulub.

Bu dövrlə bağlı başlarına gələnləri Qursalının keçmiş sakini Səmayə Hüseynova bölüşür: “Noyabr ayında bir erməni gəlib bizə dedi ki, qonşu kəndi də çıxaracağıq, siz də Azərbaycana getməlisiniz. Biz də dedik ki, heç cür Azərbaycana getməyəcəyik, biz burada doğulmuşuq. Bizim nəyimiz varsa, buradadır: mal-qaramız, ev-eşiyimiz. Biz niyə Azərbaycana getməliyik ki? O dedi: “İndi baxarsınız, biz sizi Sumqayıta görə qurban verəcəyik”.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

Məktəbimizi bağladılar, uşaqlar məktəbə gedə bilmədilər. Mağazalarda ərzaq yox idi, çox böyük çətinliklər var idi, uşaqlara çox çətin idi, onlar ac idilər. Heç bir imkan yox idi, biz evdə nə tapırdıqsa, uşaqlara verirdik, özümüz isə çox əziyyət çəkirdik. Sonra, dekabrın 7-sində zəlzələ baş verdi. Zəlzələdə evlərin hamısı dağıldı. Biz fikirləşdik ki, bunu ermənilər edib, amma bu, zəlzələ idi. Zəlzələdən sonra biz 4-5 gün meşədə olduq. İy çox idi – qaz balonlarının iyi dözülməz idi, ona görə biz də, uşaqlarımız da çox əziyyət çəkdik. Yeddi gündən sonra bizi Bakıdan gələn vertolyotda Qazaxa gətirdilər”.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Qursalı kəndinin tarixi - Foto/Video

“İrəvan quberniyasının 1902-ci ilə olan yaddaş kitabçası”nda kənddə məscidin olduğu qeyd edilir, lakin həmin məscid günümüzə qədər gəlib çıxmayıb.

1960-cı illərə aid fotoşəkillərdə Qursalı qəbiristanlığında yerləşən və sonradan dağıdılmış müsəlman məqbərəsi də əks olunub.

2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə üzərlərində ərəbcə yazılar olan dağılmış məzar daşlarının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Onlardan bəziləri XX əsrin əvvəllərinə aiddir.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 28 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın “The Republic of Armenia” əsəri və digər sənədlər var. Bundan əlavə, Qursalı kəndi ilə bağlı 43 vizual material yerləşdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir  zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.

Bu layihənin videomaterialı noyabrın 11-də eksklüziv olaraq Baku TV-də yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO
İdman / 03.11.2026 10:04
Altıncı tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Mətbuat / 02.11.2026 13:16
Telekanalların “YouTube” göstəriciləri: Baku TV birincidir - FOTO
Maraqlı, Sosial / 02.11.2026 11:45
Bu kənddə adamlar niyə yoxa çıxır? – KƏNDİNƏ QAYIT - VİDEO
Mədəni, Mətbuat / 02.11.2026 10:29
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi – RETRO BAKU - VİDEO
Gündəm / 02.11.2026 08:01
Xatirə Turnirində 6-cı turun nəticələri - FOTO
İdman / 01.11.2026 20:22
Xatirə Turnirində 1/4-ə vəsiqə qazanan 8 komanda bəlli oldu
Sosial / 31.10.2026 10:05
Qərbi Azərbaycan həqiqətləri: Unudulan kəndin hekayəsi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 30.10.2026 18:04
Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 30.10.2026 12:51
“Gərək arvadın sözünə 30 faiz qulaq asasan” – O VAXTLAR - VİDEO
İdman / 30.10.2026 11:14
Şəhid Jurnalistlərin Xatirə Turnirində 6-cı tur – qrup oyunları başa çatır - FOTO
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Hərbi / 29.10.2026 09:35
“İyulda qayıda bilərdi, amma…” - VİDEO