Siyasi 27.05.2019 19:19

Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır – Prezident

Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır.

Rakus.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

Prezident İlham Əliyev deyib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu və əlbəttə ki, XX əsrdə ikinci şans yarandı. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin: “Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi.

1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır:

“Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.

Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır”.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO