Elm və təhsil 10.07.2019 19:24

ABŞ-ın 5 universitetinə qəbul oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə yenicə məzun olmuş İlqar Bağışov BP-dən iş təklifi almağına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini – Ostindəki Texas Universitetini seçib. O, həmçinin bu universitetdə yüksək maaşla professor köməkçisi olaraq çalışacaq.
Rakus.az xəbər verir ki, İlqarın qəbul olunduğu digər ABŞ universitetləri bunlardır:
• Tulsa Universiteti (tam təqaüd)
• Vayominq Universiteti (tam təqaüd)
• Kolorado Qazma Məktəbi
• Pensilvaniya Dövlət Universiteti
Həmin gənclə müsahibəni sizə təqdim edirik.

– BANM-dəki beş illik bakalavr təhsilinin sizin üçün hansı faydaları oldu?

– Beş illik təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və Ali Məktəbdə yaradılmış rəqabətli mühit idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaqçün inkişaf edirdik.

– Niyə BANM tələbələri məzun olmamış iş təklifi alır?

– BANM-dəki təhsil müasir dünya standartlarına cavab verir, ingilis dilində ən son yenilənmiş dərsliklərdən istifadə edirik, yaxşı müəllimlərdən dərs alırıq. Bundan əlavə rəhbərliyin işə ciddi yanaşması və qurduğu strateji xətt nəticəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub, həmin şirkətlərin təcrübə proqramlarında, istehsalat təcrübələrində iştirak edirik. Məsələn: BP-nin təcrübə proqramında iştirak edib, yaxşı performans göstərdiyim üçün həmin şirkətdən iş təklifi almışdım.

– Fasilə vermədən Amerikada magistratura dərəcəsi üzrə oxumağa nə vadar elədi sizi?

– İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim, mühəndislik sahəsində ABŞ-ın ən yaxşı universitetlərinə sənədlərimi yolladım, qəbul aldım, öz sahəsinin lideri olan Ostindəki Texas Universitetini seçdim.

– Necə oldu Ostindəki Texas Universitetinin professorundan iş təklifi aldınız?

– Bakıda eiLink (Education Industry Link) Tədqiqat və İnkişaf Mərkəzi üçün seçilmişdim, bir ildən çox orada ingiliscə tədqiqat işi üzərində işləyirdim, həmin layihə “Termodinamikanın modelləşdirilməsi” haqqında idi, sonra tədqiqat işini Amerikalı alim Ryosuke Okunoya yollamışdım. Dr. Okuno işimi çox yüksək qiymətləndirdi və bildirdi ki, bakalavr pilləsində olan hər tələbə belə işləyə bilmir. Sonra o, mənə magistratura təhsilini Amerikada davam etməyi və yüksək məvacib qarşılığında iş təklif elədi.

– Sizi digər BANM tələbələrindən nə fərqləndirir, qazandığınız uğurları nəyə borclusuz?

– Əslində dərindən baxanda xüsusi fərqləndirəcək səbəb yoxdur. BANM-də təhsil səviyyəsi yüksəkdir, təhsil sistemi də tələbkardır, burda xeyli yaxşı tələbələr var. Sadəcə yaşıdlarımdan fərqli olaraq ingilis dilli tədqiqat işi aparmağa qərar verdim, bu, olduqca məsuliyyətli və ağır iş idi. Günlərlə gecə-gündüz tədqiqat işinin üzərində çalışdım və bir ildən çox çəkdiyim zəhmətin bəhrəsini gördüm. Tezliklə həmin işi məqalə kimi dərc etdirməyi planlaşdırıram.

– Gələcək üçün hədəf və planlarınız nədir?

– Gələcək üçün əsas hədəfim Amerika təhsil sistemində özümü daha da inkişaf etdirib ölkəmə dönməkdir. Daha sonra BANM-də mühəndislik sahəsi üzrə tədqiqatlarımı davam etdirərək doktorluq dərəcəsinə yüksəlmək, Ali Məktəbdə bu sahəyə maraq yaratmaq və onu inkişaf etdirməkdir.

XƏBƏR LENTİ
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO