Elm və təhsil 15.10.2026 11:22

Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO

Oktyabrın 14-də “Meredian” Şadlıq Sarayında Ardanış Kənd İcmasının təşkilatçılığı ilə 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yuxarı bal toplayaraq yüksək nəticə göstərmiş və tələbə adını qazanmış əslən Ardanışdan olan gənclərlə görüş keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, professor Əziz Ələkbərli, Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov, Cil, Şorca kənd icma sədrləri , Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbir açıq elan olunub, əvvəlcə Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın dövlət himni səsləndirilib.

Göyçə mahalının qədim kəndlərindən olan Ardanış haqqında video-süjet nümayiş olunub.

Ardanış Kənd İcmasının sədri, professor Məhəmməd Kərimov çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin artıq ənənə xarakteri aldığını söyləyib: “Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndinin təhsil sahəsində uğurları ilbəil artır. Bu il tələbə adını qazanan gənclərin sayı 32 nəfərdir və onlar bu ənənəyə sadiq qalaraq xarici ölkə və yerli ali məktəblərə qəbul olublar. Tövsiyəm odur ki, beynəlxalq aləmə inteqrasiya olmaq üçün tələbələrimiz səylə çalışsınlar. Əminik ki, onlar bütün ümidləri doğruldacaq, tarixi keçmişlərini, soy köklərini unutmayacaqlar. İnşallah, belə günlərimizi doğma yurdumuzda da keçirmək hamımızın nəsibi olacaq”.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Çəmbərək Rayon İcmasının sədri Əvəz Ələkbərov, politoloq Zaur Məmmədov və digər şəxslər göstərdikləri yüksək nəticələr münasibətilə tələbə adını qazanan gənclərimizi və onların valideynlərini təbrik edib, qarşıdakı təhsil illərində, həyat yollarında uğurlar diləyiblər. Onlar icmanın səmərəli fəaliyyətini təqdir edərək deyib lər ki, Qərbi Azərbaycan İcması, eləcə onun rayon və kənd icmaları yaxşı formalaşıb: “Yeni nəslin savadlı böyüməsi, tələbələrin yaxşı təhsil alması, onların öz soy köklərini unutmaması üçün belə görüşlərin əhəmiyyəti böyükdür. Əminik ki, gənclərimizin öz bilik, bacarıqları ilə Ardanış adını hər yerdə uca tutacaq,  kəndin təhsil ənənəsini yaşadacaq, yaxşı təhsil alaraq ölkəmizin, elimizin-obamızın ictimai, siyasi, mədəni həyatında fəal iştirak edəcək, müxtəlif sahələr üzrə Azərbaycanı savadlı kadr kimi təmsil edəcəklər”.

Çıxışlardan sonra tələbə adını qazanmış şəxslərin adları elan edilib, tələbələrə mükafat və xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi Aişə Kərimli  tələbə andını oxuyub və gənclər daha yaxşı oxuyacaqlarına, ölkəmizin, elin, obanın adını daim uca tutacaqlarına and içiblər.

Bu il yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olmuş İsmayıl Hüseynov tədbirin təşkilatçılarına təşəkkür edib, onlara bəslənən bütün ümidləri doğruldacaqlarına, cəmiyyətdə ləyaqətli yerlər tutmaq üçün daha yaxşı təhsil alacaqlarını, yaxşı karyera qurmaq üçün çalışacaqlarını söyləyib.

Tədbirimizin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissə başlayıb. İştirakçılar yemək süfrəsi arxasındagözəl musiqiyə qulaq asıblar.

Sonda xatirə şəkili çəkdirilib.

Xatırladaq ki, bu il ali məktəblərə Ardanış kökənli 32 gənc Azərbaycanın və müxtəlif xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarına qəbul olub.

  1. Asəf Tofiq oğlu Hüseyn – Queen Mary University of London, Böyük Britaniya (Maliyyə)
  2. Onur Rövşən oğlu Hacıyev – Constructor University Bremen, Almaniya (Siyasi elmlər)
  3. Fidan Mehman qızı Məmmədli – University of Edinburgh, Böyük Britaniya (Qabaqcıl kimya mühəndisliyi, magistratura)
  4. Hüseynov İsmayıl Rasim oğlu – Azərbaycan Tibb Universiteti (Müalicə fakultəsi)
  5. Bağırova Məryəm Samir qızı – Azərbaycan Dövlət Pedaqoji Universiteti (Məktəbəqədər hazırlıq, ingilis dili)
  6. Nəbiyeva Nərmin Cəlal qızı – Azərbaycan Dövlət İqtisad Universiteti (Maliyyə)
  7. Vəliyev Fuad Faiq oğlu -Tartu Universiteti (Biznesin idarə olunması)
  8. İbrahimov Arif Anar oğlu – Prezident yanında İdarəçilik Akademiyası (İqtisadiyyat)
  9. Həsənli Səma Namiq qızı – Azərbaycan Dövlət İqtisad Universiteti( Maliyyə)
  10. Paşa Zəhra Mətləb qızı -Bakı Dövlət Universiteti (İnformasiya texnologiyaları)
  11. Kərimov Amin Rahim oğlu – Azərbaycan Dövlət İqtisad Universiteti (Qida mühəndisliyi)
  12. Mehdiyeva Leyla Camal qızı – Azərbaycan Kooperasiya Universiteti (Marketinq)
  13. İsmayılov Vüqar Coşqun oğlu- Azərbaycan Mühəndislik Universiteti (Mühəndislik)
  14. Həsənova Leyla Mahmud qızı-Prezident yanında İdarəçilik Akademiyası (Kompüter elmləri)
  15. Qurbanov Nicat Namiq oğlu -Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Elektrik və elektronika)
  16. Süleymanov Fərid Vaqif oğlu- Azərbaycan Dövlət Dəniz Akademiyası (Dəniz naviqasiya mühəndisliyi)
  17. Qurbanov Anar Nizami oğlu-Gəncə kənd təsərrüfatı akademiyası (Şərabçılıq)
  18. İmanov Nurlan Elbrus oğlu-Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Ekologiya mühəndisliyi)
  19. Kərimov Amin Ramin Oğlu – Azərbaycan Dövlət İqtisad Universiteti (Qida mühəndisliyi)
  20. Həsənov Müslüm Fizuli oğlu – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (Fiziki tərbiyə və çağırışa qədər hazırlıq)
  21. Abbaslı Mələk Ziyad qızı – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Dekorativ sənət)
  22. Həsənzadə Hüseyn Vüsal oğlu – Azərbaycan Neft-Kimya Universiteti
  23. İsmayılzadə Əli Allahverdi oğlu- Azərbaycan Dövlət Texniki Universiteti (Loqistika və Nəqliyyat texnologiyaları mühəndisliyi)
  24. Kazımova Nuray  Xudayar qızı -Azərbaycan Dövlət İqtisad Universiteti (Maliyyə)
  25. Qurbanov Aqil Araz oğlu – Bakı Dövlət Universiteti (Hüquqşünaslıq, magistratura)
  26. Qurbanov Hüseyn Ələbbas oğlu – Azərbaycan Dövlət İqtisad Universiteti (Beynəlxalq ticarət və Loqistika)
  27. Kərimova Aysel Elman qızı -Azərbaycan Memarlıq və İnşaat Universiteti (Dizayn fakultəsi)
  28. Süleymanov Nicat Ədalət oğlu -Azərbaycan Texniki Universiteti (Kompyuter sisitemləri üzrə magistratura)
  29. İsmayilov Nail İmaməddin oğlu -Gəncə Texnologiya Universiteti (Geyim və sənaye dizaynı)
  30. Kərimov Məhəmməd Yaşar oğlu – Azərbaycan Tibb Universiteti (Müalicə)
  31. Məhərrəmova Zəhra Elman qızı – Azərbaycan Dövlət İqtisad Universiteti (Biznesin idarə edilməsi)
  32. Həsənov Raul Rasim oğlu – Azərbaycan  Memarlıq və İnşaat Universiteti – (Mexanika ve İnformasiya texnologiyaları)

   

XƏBƏR LENTİ
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO