Dünya 10.07.2019 12:18

ABŞ: İzi qalan xanım… - FOTO

 

Bu gün şərait o qədər yaxşılaşıb ki, biz ölkənin bu başından o başına avtomobillə bir günə, təyyarə ilə bir-iki saata gedə bilərik. Ağlımıza da gəlmir ki, bu nəqliyyat vasitələrini bizim üçün icad edən, onların hərəkətə gəlməsindən ötrü yanacağı düşünüb ərsəyə gətirən əbədi rəhmət qazanan insanlar olub.
Haqqında söhbət açamaq istədiyim Natella Kazımova da həmin insanlardan biri idi. Onun nə vaxtsa yaratdığı yüksək temperaturda işləyən antioksidantlar müasir aviasiya mühərrikləri üçün ən qiymətli tapıntı olub. Sovet dövründə patentləşdirilən bu tapıntı aviasiyasiyada hələ də tətbiq olunur…

Onun gənc elmi kadrların hazırlanmasında da xidmətləri az olmayıb. Yetişdirdiyi aspirantlar, elmlər namizədləri və elmlər doktorları bu gün də Natella xanımı ehtiramla yad edirlər. Onun elmi ixtiralarından ilhamlanaraq, Azərbaycanda kimya elminin inkişafı sayəsində uğurla çalışırlar…

Natella xanım 1939-cu ildə Bakı şəhərində dünyaya gəlmişdi. Atası Mirsaleh Kazımov Tbilisi Tibb İnstitutunda ali təhsil alan ilk azərbaycanlı baytar həkimlərindən biri olub. Anası Xanımana Kazımova Azərbaycan Tibb Universitetinin ən parlaq məzunlarından olaraq, ölkənin aparıcı farmaseptlərindən biri idi. O, qırx ilə yaxın Neftçilər Xəstəxanasınının aptekinə rəhbərlik edib.

Ailədə üç övladın ən böyüyü olan Natella xanım 1957-ci ildə orta məktəbi qızıl medalla bitirib. Eyni zamanda 2 saylı musiqi məktəbində piano sinfində təhsil alıb. Musiqi məktəbində oxuduğu vaxtlar caz ustası Vaqif Mustafazadə ilə tanış olaraq, onunla bərabər uşaq musiqi məktəblərinin konsertlərində iştirak edib.
Ömrünün son günlərinə qədər pianoya, musiqiyə böyük marağı vardı. Tez-tez konsertlərə gedər, asudə vaxtlarında evdə piano çalardı. Fəqət, ailədə mövcud olan təbiət elmlərinə maraq onun kimyaçı olmasına səbəb oldu…

Beləliklə Natella xanım 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, elmi fəaliyyətə başlayır. 1969-cu ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edir. 1967-ci ildən 2012-ci ildə dünyasını dəyişənə qədər Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışır, 2005-ci ildə professor elmi adına layiq görülür…

Neft-kimya elminin sözün əsil mənasında vurğunu idi, Natella xanım. Azərbaycanda, Rusiyada və Avropada dərc olunan 150-də çox elmi əsərin, o cümlədən 65 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifi olmuşdu. Onun beynəlxalq konfranslarda elmi məruzələri böyük əks-sədaya yaradır, dünyanın aparıcı mütəxəssislərin diqqətini cəlb edirdi. Elmi araşdırmalarında dəqiqliyi və ciddiliyi sevən Natella xanım, eyni zamanda araşdırdığı elmi məsələlərə xüsusi yaradıcılıqla yanaşırdı. Onların qeyri-adi, standartlardan uzaq həllini tapırdı. Sözün əsl mənasında ziyalı idi.
Bu qədər elmi ixtiralara imza atan, elm sahəsində misilsiz xidmətləri olan görkəmli alim, həm də olduqca məsuliyyətli və təvazökar insan olub. Həmkarlarının, onunla ünsiyyətdə olan insanların sözlərinə görə çox xeyirxah, alicənab xanım idi, ətrafına sanki nur saçırdı. Onu əhatə edən insanlara böyük rəğbət və ehtiramla yanaşırdı…

Görkəmli alim həm də gözəl ana və həyat yoldaşı olub. Ömür-gün yoldaşı, Dövlət Mükafatı laureatı, uzun müddət Azon zavodunun baş mühəndisi vəzifəsində çalışan, mikroelektronika üzrə tanınmış mütəxəsis Nemət Hüseynovdur. Oğlu Emin Hüseynov Azerbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, bir sıra kitab və elmi məqalələrin müəllifidir. Çalışdığı ali məktəbin beynəlxalq əlaqələrinin inkişafında aparıcı rol oynayan mütəxəssislərdəndir. Qızı Aida Hüseynova isə Bakı Musiqi Akademiyasının professorudur. Hazırda ABŞ-nın İndiana Universitetində dərs deyir, musiqi ilə bağlı beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısıdır…

Deyirlər ki, ömür çox qısadır, onun hər anı yaşandıqca tarixə çevrilir. Və bir gün bütün bunların sonu gəlir, insan dünyasını dəyişir. Lakin hər kəsin bu dünyada izi qalır. Sözləri, əməlləri xatirələrdə daim yaşayır. Axı hər bir insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür…

Bəli, Natella Kazımovanın əziz xatirəsi onu tanıyanların yaddaşında həmişə yaşayacaq və onun həyatı, insani keyfiyyətləri, elmi nailiyyətləri həmkarları, dostları, doğmaları üçün örnək olacaq.
Yaşasaydı bu il 80 yaşı tamam olacaqdı. Qoy, ehtiramla qələmə alınan bu yazıdakı kəlmələrin hər biri rəhmətə çevrilib yubiley ilində onun ruhuna qovuşsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO