Siyasi 04.08.2019 06:28

ABŞ azad və açıq cənub-şərqi Asiya istəyir – Pompeo

“Tramp adminisrasiyası cənub-şərqi Asiya millətlərinin suverenliyində və firavanlığında maraqlıdır”.

Rakus.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Banqkokda çıxışı zamanı deyib.

“Biz azad və açıq Hindistan-Sakit Okeanı hövzəsinin mövcudluğunu arzulayırıq ki, burada qanun aliliyi, açıqlıq, şəffaflıq, yaxşı idarəçilik hökm sürsün, hər bir millətin suverenliyinə hörmət edilsin”, – Pompeo əlavə edib.

Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri bu həftə ASEAN Regional Forumunun davam etməsi məqsədi ilə Tayland paytaxtı Banqkokda görüşlər keçirir.

ASEAN 10 üzvü – Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnam aralarında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə çalışır.

Regional yığıncaqda ASEAN üzvlərinin xarici işlər nazirləri ilə yanaşı Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo, Cənubi Koreyadan Kanq Kyun Vu, Avstraliyadan Maris Peyn və Çindən Vanq Yi iştirak edir.

Cümə axşamı keçirilən görüş zamanı ASEAN Birləşmiş Ştatlarla Şimali Koreyanın rəsmiləri arasında danışıqlar üçün fürsət yaratmağa çalışsa da, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Hu ABŞ nümayəndələri ilə görüşə gəlməyib.

Birləşmiş Ştatların dövlət katibi Şimali Koreyanın xarici işlər nazirinin ASEAN sammitinə gəlməməsinə görə təəssüf hissi keçirdiyini deyib. “Biz hələ də ortaya qoyduğumuz Şimali Koreyanın tam nüvəsizləşdirilməsi və buna diplomatiya yolu ilə nail olunması planına sadiqik” Pompeo bildirib.

Pxenyan Tramp administrasiyasının bundan sonra daha çox danışıqlar aparmaq istəyinə heç bir münasibət bildirməyib.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO