Mədəni 29.08.2019 01:12

“1918-ci il hadisələri – unudulmayan tarix” filminin təqdimatı oldu

Avqustun 28-də Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı hazırlanmış 1918-ci il hadisələri – unudulmayan tarix” sənədli filminin təqdimatı olub.

Rakus.az xəbər verir ki, film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin “Azərbaycan tarixi həqiqətlərinin dünyaya çatdırılmasında innovativ vasitələrin tədbiqi” layihəsi çərçivəsində hazırlanıb.

Filmin ssenari müəllifi ictimai birliyinin rəhbəri Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru Mübariz Nağıyev, ingilis dilinə tərcümə edəni İzzət Hacıyevdir.

Əvvəlcə film təqdim edilib. Filmdə ermənilərin azərbaycanlılara qarşı planlaşdırdıqları çirkin niyyətləri nümayiş olunub. 1918-ci ildə yaxşı silahlanmış erməni dəstələri Azərbaycan kəndlərinə basqınlar edir, dinc insanları öldürür, tarixi abidələrimizi dağıdırdılar. Onların Qubada yerli əhaliyə qarşı törətdikləri soyqırımı xüsusilə vurğulanıb. Filmdə canlı şahidlərdən Quba sakinləri 114 yaşlı Saat Əhmədovanın, yaşı 100-ü ötmüş Sədrəddin Abdullayevin, Şamaxı sakini 108 yaşlı Rza Malımovun videogörüntüləri təqdim olunub.

Təqdimatdan sonra Ə.Bəydəmirli çıxışında qeyd edib ki, filmdə tarixi hadisələr ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əlaqəli digər məqamlar xronoloji ardıcıllıqla, çoxsaylı mənbələrə istinad etməklə təsvir olunub.

Belə filmlərin tariximizin işıqlandırılmasında və gənc nəslə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Qeyd edilib ki, bu istiqamətdə son zamanlar böyük işlər görülür.

Vurğulanıb ki, ekran əsərində hadisələrin bir-biri ilə bağlılığı çox peşəkar səviyyədə qurulub. Filmin “YouTube”də yerləşdirilməsi təklif olunub.

Sonda tədbir iştirakçıları filmlə bağlı fikirlərini bölüşüblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO