İqtisadi 13.10.2019 16:15

Azərbaycanda qiymətlər arasında böyük fərq var – BMT məruzəçisi

“Azərbaycanda kiçik fermerler və kənd sakinləri məhsullarının satışı ilə bağlı çətinliklərdən, bazarlara çıxış problemlərindən şikayət edirlər. Məhsulu satmaq və saxlamaq imkanı olmadığına görə onlar məhsulları atmaq məcburiyyətində qalırlar.”

Rakus.az xəbər verir ki, bu barədə BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin 1-11 oktyabr tarixlərində Azərbaycana səfərinin yekunlarına həsr olunmuş bəyanatında deyilir.

Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə BMT İnsan Hüquqları Şurasının 43-cü sessiyasında təqdim ediləcək.

Səfərin məqsədi ölkədə qida hüququnun təmin edilməsi sahəsində vəziyyətin qiymətləndirilməsi, dialoqlar aparılması və hakimiyyət üçün tövsiyələrin hazırlanmasından ibarət idi.

Fermerlərin assosiasiya və ittifaqları olmadığına görə onlar bazarlara çıxmaqda çətinlik çəkirlər.

“Çox vaxt məhsulun tarladakı və bazardakı qiymətləri arasında böyük fərq müşahidə olunur,” – sənəddə qeyd edilir.

BMT eksperti qeyd edir ki, insan potensialına və təbii resurslar potensialına dəstək kifayət qədər deyil. Bu məsələlərdə sabit inkişaf insan hüquqlarına əsaslanmalıdır.

“Azad bazar istisadiyyatına keçid son illərdə ölkənin əhəmiyyətli dərəcədə irəliləməsinə töhfə versə də, bu artım hamını kifayət qədər əhatə etməyib və bütün cəmiyyət artımdan bəhrələnməyib. Azərbaycan əhalisi hüquqların artan qeyri-bərabərliyi ilə üzləşir,” – BMT eksperti düşünür.

Yeni institusional islahatlar və vergi islahatları korrupsiyanı xeyli azaldıb, amma o, hələ də qalmaqdadır və ölkənin inkişafına mane olur.

Azərbaycan ərazisinin bir hissəsinin işğalı ölkə iqtisadiyyatına təsir edən mənfi amildir və əhali üçün stres mənbəyidir.

Azərbaycanda qida təhlükəsizliyi nöqteyi-nəzərdən insan hüquqları haqqında qanunvericilik yoxdur.

“Görüşlər zamanı müəyyən etdim ki, Azərbaycan cəmiyyətində iqtisadi, sosial və mədəni hüquqlar haqqında məlumat yoxdur, onlar təbliğ olunmur. Hətta QHT-lər bu istiqamətdə iş həyata keçirmir. Əhali qida hüququnun nə olduğunu başa düşmür. Ümumilikdə, insan hüquqları proqramların və siyasətin tərkib hissəsi deyil. Bu istiqamətdə təcili maarifləndirmə işinə başlamaq lazımdır,”- o bildirib.

Azərbaycan əhalisinin 47%-i kənd yerlərində yaşayır, iş yerlərinin 39%-i fermerlik və aqrar emalla bağlıdır. Fermerlərin ÜDM-ə töhfəsi cəmi 6% təşkil etməsinə baxmayaraq, Azərbaycanın qeyri-neft sektorunda kənd təsərrüfatının payı böyükdür.

Kənd təsərrüfatı iqtisadi inkişafa təkan vermək, yeni iş yerləri yaratmaq, qida təhlükəsizliyini təmin etmək potensialına malikdir.

Belə ki, 1995-ci ildən 2005-ci ilə qədər kənd təsərrüfatında istehsal 7,7 dəfə, 2005-ci ildən 2015-ci ilə qədər isə 3,1 dəfə artıb.

“Azərbaycanda məhsul müxtəlifliyi ilə bağlı problem var. Əhalinin orta təbəqəsi böyük həcmdə ət, toyuq, düyü və çörək istehlak edir. Amma uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir, onlar doğru qidalanma haqqında məlumatlandırılmır. Ölkədə artıq çəki və yağlanma problem olmamasına baxmayaraq, bu problemin ilk əlamətləri artıq göz önündədir.

Qida təhlükəsizliyi ilə bağlı dünya hesabatına əsasən, 2016-2018-ci illərdə Azərbaycanda əhalinin qeyri-kafi qidalanması səviyyəsi 2,5%-dən azdır.

2018-ci ildə uşaqların 17,8%-də zəif inkişaf qeydə alınıb.

Ümumiyyətlə, ölkədə əhalinin fiziki inkişafı 20%-dən az təşkil edir və Dünya Səhiyyə Təşkilatının təsnifatına görə, bu göstəricinin ictimai səhiyyə üçün böyük əhəmiyyəti yoxdur.

“Növbəti onillik həlledici əhəmiyyət kəsb edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından, Azərbaycan özü-özünü təmin edə bilmək üçün səylər göstərməli və kənd təsərrüfatı sahəsində böyük güclərdən və şirkətlərdən asılı olmamaq üçün bu sahədə müstəqilliyini gücləndirməlidir. Buna nail olmaq üçün kiçik fermerlərin bazarda rəqabət qabiliyyətini gücləndirmək həlledici əhəmiyyət kəsb edir,” – BMT eksperti deyib.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO