Ali Rəhbərin “instagram” səhifəsi bağlandı
İranın Ali Rəhbərinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bir keçmiş və vəzifədə olan generalının “instagram” səhifəsi bağlanıb.
Rakus.az xəbər verir ki, “instagram” sosial şəbəkəsinin rəhbərliyinin bu addımı İranda etirazla qarşılanıb. İranın rabitə və informasiya texnologiyaları naziri Azəri Çəhromi jurnalistlərə bildirib ki, ABŞ-ın administrasiyasının İrana qarşı iqtisadi sanksiyaları bərpa etməsindən sonra generalların səhifələrinin bağlanması qanunsuzdur. Nazir bildirib ki, sosial şəbəkə şirkətinin bu addımı yalanın ardınca yalan danışmaq deməkdir. O nəzərə çatdırıb ki, bu səhifələr yalan ittihamlar əsasında bağlanıb.
Xatırladaq ki, Ali Rəhbərlə yanaşı, Sepahın əfsanəvi generalı Qasım Sülüymanınin, Məhəmməd Əli Cəfərinin və Hüseyn Səlaminin də “instagram” səhifələri bağlanıb.