Siyasi 22.06.2020 15:00

Avropa İttifaqı su ilə bağlı xəbərdarlıq etdi

Avropa İttifaqı (Aİ) Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaq. Bu gündən başlayaraq, Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertəri EkoPortalın idarə edilməsi üzrə online potensialın formalaşdırılması təlimi keçəcəklər.

Rakus.az xəbər verir ki, bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Məlumatda həmçinin deyilir ki, Azərbaycan regionda su çatışmazlığından əziyyət çəkən ölkələrdən biri olduğu üçün sudan səmərəli istifadə olunması və şirin su ekosistemlərinin mühafizəsi olduqca vacibdir. Azərbaycanın EkoPortalı ölkədə biliklərə əsaslanan qərar qəbul edilməsi üçün əsas yaratmaq məqsədilə su ehtiyatlarının idarə olunmasına cavabdeh qurumlar arasında məlumat və informasiyanın paylaşılmasına dəstək verəcək.

Aİ-nın dəstəyi ilə, Azərbaycanda su keyfiyyətinə dair məlumatlar Avropa Su İnformasiyası Sisteminin (WISE) su keyfiyyəti məlumatları lüğətinin tələblərinə uyğunlaşdırılıb. Hazırda həmin məlumatlar Avropa məlumat topluları ilə uyğunluq təşkil edir. Eynilə də, su keyfiyyəti məlumatlarına əsasən işlənib hazırlanmış və EkoPortalda dərc edilmiş göstəricilər Avropa Ətraf mühit Agentliyinin indikator şablon formatını rəhbər tutur. Bu, Azərbaycanda su ehtiyatlarının vəziyyətini qonşu ölkələrlə, eləcə də Avropa İttifaqının istənilən Üzv Dövləti ilə müqayisə etməyə imkan yaradacaqdır. Regional əsasda müqayisə oluna bilən göstəricilərə malik olmaq milli və regional səviyyədə biliklərə əsaslanan siyasi dialoqu dəstəkləyəcək.

İşlənib hazırlanmış göstəricilər toplusu həmçinin geniş ictimaiyyətə gündəlik həyatlarında və həyat səviyyələri və rifahlarının əsasını təşkil edən iqtisadi fəaliyyətlərində etibar edəcəkləri su ehtiyatlarının mövcudluğu və onun keyfiyyəti barəsində informasiya əldə etməsinə şərait yaradacaq.

EkoPortal bütün göstəricilərin mövcud olduğu bir platformadır. Həmçinin, bir çox digər məlumatlar sudan istifadə edənlər, tədqiqat ictimaiyyəti, regional və qlobal qiymətləndirmələr üzrə milli məlumatlardan ciddi dərəcədə asılı olan beynəlxalq təşkilatlar kimi daha geniş maraq qruplarının mənafeyinə xidmət edəcək.

Sistemin funksionallığı və EkoPortalın dizaynı Avropa Su İnformasiyası Sistemindən (WISE) ilhamlanaraq tərtib edilib. Avropa İttifaqının bütün Üzv Dövlətləri özlərinin su ilə əlaqədar məlumatları barədə bu sistemə hesabat verir və informasiyanı paylaşırlar. EkoPortal məlumat toplularını, göstəriciləri, dinamik xəritələr və hesabatlar təqdim edir. Bu portal Paylaşılan Ekoloji İnformasiya Sisteminin prinsiplərinə və təcrübələrinə uyğun şəkildə su üzrə milli qurumlar arasında məlumat və informasiya mübadiləsi və onun paylaşılmasına imkan verir. İndi vətəndaşlar, ekspertlər, sudan istifadə edənlər və elmi ictimaiyyət müxtəlif məlumat bazalarına çıxış əldə edə və Azərbaycanın su keyfiyyəti məlumatlarını Avropa İttifaqının Üzv Dövlətlərinin məlumatları ilə müqayisə edə bilər.

XƏBƏR LENTİ
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür